Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır
08.06.2026 [12:10]
Azərbaycan beynəlxalq dialoq, qlobal əməkdaşlıq məkanı kimi mövqeyini günbəgün möhkəmləndirir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin say tərkibinə, əhatə etdiyi mövzulara diqqət yetirdikdə malik olduğu təcrübələrini bölüşmək, hədəflərə doğru birgə addımlar atmaq istəyi daha aydın görünür. İyun ayının 1-dən 3-dək davam edəcək, 46 ölkədən 276 şirkəti bir araya gətirən “Bakı Enerji Həftəsi” Azərbaycanın enerji sektorunda qazandığı uğurların, təcrübənin, həmçinin bu sahəyə artan beynəlxalq marağın bir daha təqdimatı oldu. Bu, ölkələrin sayına görə sərgi tarixində rekord göstəricidir. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Daimi iştirakçılar isə ümumilikdə sərgi sahəsinin 40 faizini əhatə edir.
01 iyun 2026-cı il tarixində Paytaxtımızda təşkil olunan Bakı Enerji Həftəsində Azərbaycanın enerji siyasətinin keçdiyi yol, əldə olunan nailiyyətlər və qarşıdakı strateji hədəflər bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Prezidenti İlham Əliyevin açılışındakı çıxışı özündə mühüm mesajları ehtiva etməklə böyük maraqla qarşılandı. Açılış mərasimində vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu platformanın bu gün qlobal enerji gündəliyinin formalaşdığı ən nüfuzlu beynəlxalq tədbirlərdən birinə çevrildiyini bildirən Prezident İlham Əliyev bəyan etdi ki, “Bakı Enerji Həftəsi qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir.”
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Azərbaycan qazı 16 ölkəyə tədarük edilir ki, onlardan 10-u Avropa İttifaqına üzv ölkələrdir. Yaxın gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Azərbaycan bərpaolunan enerji sahəsində də mühüm addımlar atır. Dövlət başçısı bildirib ki, gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilib. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir.
“Bakı Enerji Həftəsi”nin açılış mərasimində dövlət başçısı enerji siyasətinin keçdiyi inkişaf yoluna bir daha nəzər salaraq əldə olunmuş nailiyyətləri və qarşıdakı hədəfləri diqqətə çatdırdı.O bildirib ki, bu gün Azərbaycan beynəlxalq tədbirlərə və yüksək səviyyəli görüşlərə ev sahibliyi etməklə yalnız qlobal problemlərin müzakirəsi üçün platforma yaratmır, eyni zamanda həmin problemlərin həllinə öz töhfəsini verir.
Müasir dövrün əsas tendensiyalarından biri enerji təhlükəsizliyi ilə iqlim təhlükəsizliyinin ayrılmaz şəkildə bir-biri ilə bağlı olmasıdır: “Dövlətlər enerji təminatını gücləndirməklə yanaşı, ətraf mühitin qorunması və karbon emissiyalarının azaldılması istiqamətində də ciddi addımlar atmalıdırlar. Bu sahədə balanslaşdırılmış və effektiv idarəetmə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan enerji resurslarından heç vaxt siyasi təzyiq vasitəsi kimi istifadə etməyib. Əksinə, ölkəmiz enerji ehtiyatlarını regional əməkdaşlığın, iqtisadi inkişafın və xalqlar arasında qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsinə yönəldib. Enerji gəlirləri ölkənin sosial-iqtisadi inkişafına, işğaldan azad edilmiş ərazilərin bərpasına və yeni infrastruktur layihələrinin həyata keçirilməsinə sərf olunur. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan mühüm enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizi, TANAP və TAP regionun iqtisadiyyatına və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu layihələr Azərbaycan sərhədlərini aşaraq bir çox ölkələrin enerji təminatında mühüm rol oynayır. Vaxtilə bu layihələrə qarşı müxtəlif tənqidlər və qarayaxma kampaniyaları aparılsa da, Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində onlar uğurla həyata keçirildi. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və həmin ölkələrin əhəmiyyətli hissəsini Avropa dövlətləri təşkil edir.
Hazırda Azərbaycan yeni enerji və nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində də fəallıq nümayiş etdirir. Xüsusilə “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan vasitəsilə Rumıniya, Macarıstan və digər Avropa ölkələri ilə birləşdirəcək. Eyni zamanda, Mərkəzi Asiya ilə Azərbaycan arasında yaşıl enerji əməkdaşlığının genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır:
“Bakı Enerji Həftəsi”ndəki çıxışı zamanı Prezident İlham Əliyev haqlı olaraq bu məsələyə diqqət çəkərək bildirdi ki, ölkələr neftin olub-olmaması ilə deyil, bu gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji siyasətinin əsasının qoyulmasından, həyata keçirilən enerji layihələrindən, eləcə də enerji siyasətinin diversifikasiyasından geniş bəhs etdi
Bu gün Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil. Azərbaycan yeni geosiyasi reallıqlar formalaşdıran, regional əməkdaşlıq təşəbbüsləri irəli sürən, enerji və nəqliyyat dəhlizlərinin əsas iştirakçısı olan nüfuzlu dövlət kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı da məhz bu reallığın siyasi ifadəsi kimi dəyərləndirilə bilər. Çünki bu çıxışda yalnız enerji layihələrinin uğurlarından bəhs edilmirdi. Burada dövlətçilik təcrübəsi, milli maraqlara söykənən siyasət, iqtisadi müstəqillik, regional liderlik və beynəlxalq nüfuzun formalaşdırdığı müasir Azərbaycan modelinin əsas konturları təqdim olunurdu. Məhz buna görə də Bakı Enerji Həftəsindən verilən mesajlar enerji gündəliyinin sərhədlərini aşaraq daha geniş siyasi məna kəsb edir. Bu mesajlar göstərir ki, Azərbaycan enerji resurslarını milli gücə çevirən, milli gücü isə regional liderlik və qlobal tərəfdaşlıq platformasına yüksəldən uğurlu dövlət strategiyasını ardıcıl şəkildə davam etdirir. Bu strategiyanın mərkəzində isə güclü dövlət, müstəqil siyasət və cənab Prezident İlham Əliyevin liderliyi dayanır.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

