Aqrar sektorda yeni strateji hədəflər
02.06.2026 [23:24]
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri
Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki proqram xarakterli çıxışı Azərbaycanın aqrar sektorunda yeni bir eranın əsasını qoydu. Dövlət başçısı bu strateji yığıncaqda qeyd etdi ki, bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Qlobal iqlim dəyişikliyi, su qıtlığı və təchizat zəncirindəki çətinliklər fonunda kənd yerlərinin gücləndirilməsi dövlətin əsas prioritetidir. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bu məqsədlə ölkədə regional inkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik. Zamanında qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub. Dövlət başçısı bildirdi ki, biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Məhsuldarlığa gəldikdə, son illər ərzində burada artım var və biz bunu yüksək qiymətləndiririk. Xüsusilə pambıqçılıq sahəsi həm məşğulluq, həm də ixrac baxımından diqqət mərkəzində saxlanılır. Aqrar sahənin növbəti beş illik hədəflərini tənzimləmək üçün Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. Bu mühüm sənəd göstərir ki, ölkəmizdə kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir.
Həyata keçirilən islahatlar nəticəsində bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu çərçivədə, azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi doxsan altı faizdir. Eyni zamanda fermerlərin fəaliyyətini stimullaşdırmaq üçün kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Bu layihələr arasında su infrastrukturunun yenilənməsi xüsusi yer tutur və biz Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlamışıq. Həmçinin aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Ölkənin daxili istehsal göstəricilərini təhlil edən dövlət başçısı bildirdi ki, digər dənlilər üzrə vəziyyət prinsip etibarilə müsbətdir, özümüzü doxsan beş faiz təmin edirik və idxal da çox cüzidir. Eyni zamanda tərəvəz, bostan məhsulları, meyvə, giləmeyvə sahəsində vəziyyət müsbətdir. Lakin heyvandarlıq sahəsində daxili istehsalı daha da artırmaq lazımdır, çünki hazırda özümüzü mal əti ilə səksən dörd faiz təmin edirik, otuz min ton idxal edilir, yüz əlli min ton daxili istehsaldır.
Bu çatışmazlıqları aradan qaldırmaq üçün torpaqlardan səmərəli istifadə məsələsi tam ciddiliyi ilə icra olunmalıdır. Ölkədə intensiv bağçılıq və müasir istixana kompleksləri daha geniş coğrafiyada tətbiq edilməlidir. İslahatların elmi əsaslarla aparılması məqsədilə hər bir əkin üçün yararlı torpaq sahəsinin, necə deyərlər, öz pasportu olmalıdır. Fermerlərin işini asanlaşdıran kənd təsərrüfatı texnikası ilə təminat və yerli gübrə istehsalının artırılması məsələləri də uğurla həll olunur. Məhsulların itkisiz saxlanması üçün son illər ərzində Azərbaycanda dörd yüz min ton tutumlu soyuducu anbarlar yaradılıb. Aqrar sektorun əsasını təşkil edən su təchizatı məsələsi dövlətin tam nəzarətindədir. Prezident İlham Əliyev çıxışının sonunda qarşıya strateji hədəf qoyaraq bəyan etdi ki, biz ət, süd, quş əti ilə yüz faiz özümüzü təmin etməliyik.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

