Azərbaycanın müstəqillik yolu qələbələrlə davam edir
26.05.2026 [16:02]
28 May – Müstəqillik Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik ənənələrinin və azadlıq ruhunun təcəssümü kimi tariximizin ən şərəfli səhifələrindən biridir. Bu əlamətdar gün xalqımızın öz taleyinə sahib çıxmasının, müstəqil və güclü dövlət qurmaq əzminin rəmzi olaraq böyük mənəvi əhəmiyyət daşıyır. Müstəqillik əldə etmək qədər onu qorumaq və möhkəmləndirmək də böyük məsuliyyət tələb edir. Azərbaycan xalqı bu yolda müxtəlif çətinliklər və ağır sınaqlarla qarşılaşsa da, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində dövlətçiliyimizi qoruyub saxlaya bildi. Dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin olundu, dövlətçilik əsasları möhkəmləndirildi və Azərbaycanın gələcək inkişafının möhkəm təməli yaradıldı. Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib, beynəlxalq aləmdə nüfuzu daha da artıb, iqtisadi və hərbi qüdrəti möhkəmlənib. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan öz milli maraqlarını inamla qoruyan və dünyada söz sahibi olan dövlət kimi tanınır. Azərbaycan xalqının ən böyük qürur mənbəyi isə şübhəsiz ki, Qarabağ Zəfəridir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi. Bu Zəfər xalqımızın birliyinin, ordumuzun gücünün və dövlətimizin siyasi iradəsinin parlaq təntənəsi oldu. Şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar, məktəblər və digər sosial obyektlər inşa edilir, həyat doğma torpaqlara geri qayıdır. Azad Qarabağda dalğalanan üçrəngli bayrağımız xalqımızın əzmini, qələbə ruhunu və milli qürurunu nümayiş etdirir. Müasir Azərbaycan gəncliyi də dövlətinə bağlı, milli-mənəvi dəyərlərinə sadiq, Vətənini sevən qalib nəslin nümayəndələri kimi formalaşır. Gənclərimizin milli ruhda yetişməsi ölkəmizin gələcəyi üçün ən mühüm amillərdən biridir.
28 May – Müstəqillik Günü hər birimizə dövlətimizin qədrini bilməyi, milli birliyimizi qorumağı və Azərbaycanın daha da güclənməsi naminə birlik nümayiş etdirməyi bir daha xatırladır. Bu gün hər bir azərbaycanlı böyük qürur hissi ilə müstəqil, qüdrətli və qalib Azərbaycanın vətəndaşı olduğunu hiss edir. Qoy müstəqilliyimiz əbədi olsun, üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın!
Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

