28 May – Müstəqillik Günü: milli dövlətçilik ənənələrinin təntənəsi
26.05.2026 [10:33]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
28 May – Müstəqillik Günü xalqımızın tarixində ən mühüm və qürurverici günlərdən biridir. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin ictimai-siyasi tarixində yeni mərhələnin əsasını qoydu. Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasının məhz Azərbaycanda yaranması xalqımızın azadlıq ruhunun, milli iradəsinin və dövlətçilik təfəkkürünün parlaq təcəssümü idi.
1918-ci ilin mayında qəbul edilmiş İstiqlal Bəyannaməsi xalqımızın əsrlər boyu yaşatdığı dövlətçilik arzularını gerçəyə çevirdi. Azərbaycan Xalq Cümhuriyyəti xalq hakimiyyəti, hüquq bərabərliyi və demokratik idarəçilik prinsiplərinə əsaslanan yeni dövlət modeli ortaya qoydu.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyəti çox mühüm addımlar atdı. Parlament yaradıldı, hökumət formalaşdırıldı, dövlət atributları təsis edildi, milli ordu quruldu. Dövlət bayrağı qəbul olundu, Azərbaycan vətəndaşlığı institutu yaradıldı. Bütün vətəndaşlara milli, dini və sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verildi. Bu addımlar dövlətçilik tariximizin yeni mərhələsini formalaşdırdı.
Azərbaycan Xalq Cümhuriyyəti demokratik idarəçilik ənənələrinin əsasını qoydu. Parlamentin fəaliyyəti dövründə qəbul olunan qanunlar siyasi sistemin formalaşmasına, milli maraqların qorunmasına, sosial-iqtisadi və mədəni həyatın inkişafına mühüm təsir göstərdi. Dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirlər xalqımızın müstəqil dövlət idarə etməyə qadir olduğunu nümayiş etdirdi.
1918-ci ilin avqustunda qəbul edilən qərarla təhsilin ana dilində aparılmasına başlanıldı. 1919-cu ilin sentyabrında Bakı Dövlət Universiteti təsis edildi. Bu addım milli kadr potensialının formalaşması baxımından mühüm tarixi hadisə idi. Eyni zamanda, ədliyyə sistemi formalaşdırıldı, məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyəti tənzimləndi.
Xalq Cümhuriyyətinin qarşısında duran əsas vəzifələrdən biri yeni dövləti beynəlxalq aləmdə tanıtmaq idi. Paris Sülh Konfransında iştirak edən nümayəndə heyəti dövlətimizin müstəqilliyinin tanınması istiqamətində mühüm fəaliyyət göstərdi. Avropanın bir sıra dövlətləri ilə diplomatik münasibətlərin qurulması istiqamətində mühüm addımlar atıldı.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli mənlik şüurunu özünə qaytardı. Avropa demokratik dəyərlərini Şərq mədəniyyəti ilə uzlaşdıran bu dövlət modeli xalqın azadlıq və istiqlal ideallarını daha da gücləndirdi. Xalqımız ilk dəfə olaraq müasir dövlət quruculuğu ənənələri ilə tanış oldu, milli birlik və dövlətçilik düşüncəsi formalaşdı.
Ulu Öndər Heydar Əliyev qeyd edirdi ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. Bu fikirlər Xalq Cümhuriyyətinin tarixi mahiyyətini və siyasi əhəmiyyətini ifadə edir.
1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə dövlət müstəqilliyimiz bərpa edildi və sənəddə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit olundu. Lakin müstəqilliyin qorunması olduqca mürəkkəb və məsuliyyətli vəzifə idi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində dövlətçilik təhlükədən xilas edildi, ictimai-siyasi sabitlik təmin olundu, ölkənin parçalanma təhlükəsinin qarşısı alındı. Ümummilli Liderin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində dövlətçilik ənənələri daha da möhkəmləndi, milli birlik gücləndi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağın rəsmi dövlət bayrağı kimi qəbul olunması müstəqilliyə gedən yolun mühüm başlanğıcı oldu. Bu tarixi addım xalqın azadlıq əzmini və milli iradəsini bir daha nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib. Dövlətimizin beynəlxalq nüfuzu artıb, siyasi və iqtisadi sahələrdə mühüm nailiyyətlər əldə olunub. Ərazi bütövlüyünün və suverenliyin tam təmin edilməsi milli dövlətçilik tariximizin ən böyük uğurlarından biri kimi qiymətləndirilir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağın işğaldan azad edilmiş torpaqlarda dalğalanması milli qürurun və tarixi ədalətin təntənəsidir. Xalqımızın əldə etdiyi bütün uğurların əsasında müstəqillik ideallarına sədaqət dayanır. 2021-ci il oktyabrın 15-də qəbul edilmiş “Müstəqillik günü haqqında” Qanunla 28 May tarixinin Müstəqillik Günü kimi təsbit olunması dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir.
28 May – Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, milli qürurunun və dövlətçilik ənənələrinin təcəssümüdür. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində xalqımızın müstəqil yaşamaq iradəsini bütün dünyaya nümayiş etdirdi və müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını formalaşdırdı. Bu gün müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını yaşadır, onun qurucularının arzularını reallığa çevirir. Dövlətimizin gücü, xalqımızın birliyi və milli həmrəyliyi müstəqilliyimizin əbədi və dönməz olduğunu bir daha təsdiqləyir.
Xəbər lenti
Hamısına baxİdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40

