Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

24.05.2026 [16:43]

Polşa təyyarələri Rusiyanın hava fəaliyyəti səbəbindən havaya qalxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı məlumat yayıb.

Komandanlığın saytında yerləşdirilmiş açıqlamada vurğulanıb ki, bu Rusiyanın uzaqmənzilli aviasiyasının fəaliyyəti səbəbindən baş verib.

Qeyd edilib ki, əməliyyat komandanlığı yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri də daxil olmaqla, sərəncamındakı qüvvə və resursları səfərbər edib.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, hərbi təyyarələrin bütün uçuşları beynəlxalq hava məkanı qaydalarına ciddi şəkildə uyğun həyata keçirilir.

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31