Almaniya Ukraynanın hərbi innovasiyalarından faydalanmaq istəyir
29.04.2026 [12:20]
Almaniya hökuməti Ukrayna ilə hərbi-sənaye əməkdaşlığını genişləndirməyi və bu ölkənin innovativ təcrübəsindən faydalanmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Berlində keçirilən məsləhətləşmələrin yekununda bildirilib.
Görüşdə Almaniyanın müdafiə naziri Boris Pistorius, maliyyə naziri Lars Klinqbayl və iqtisadiyyat naziri Katerina Rayxe iştirak ediblər. Ukraynanın müdafiə naziri Myxaylo Fedorov isə tədbirə videobağlantı vasitəsilə qoşulub. Tədbirdə, həmçinin bank, maliyyə fondları, startaplar və müdafiə sənayesi nümayəndələri iştirak ediblər.
Boris Pistorius Ukraynanın qısa müddətdə yüksək innovasiya qabiliyyəti qazandığını vurğulayaraq bildirib ki, bu ölkədə texnologiyalar real döyüş şəraitində inkişaf etdirilir. Onun sözlərinə görə, Almaniya xüsusilə tutucu pilotsuz aparatlara və uzaqmənzilli dəqiq raket texnologiyalarına maraq göstərir. Nazir iki ölkə arasında strateji tərəfdaşlığın gücləndiriləcəyini qeyd edib.
Almaniya hökuməti yerli şirkət və investorları Ukraynanın müdafiə sənayesi müəssisələrinə və birgə layihələrə daha fəal sərmayə yatırmağa təşviq edəcək. Bu məqsədlə əməkdaşlığın əlaqələndirilməsi üçün xüsusi platformanın yaradılması nəzərdə tutulur. Tərəflər arasında məlumat mübadiləsinin genişləndirilməsi və birgə satınalma layihələrinin həyata keçirilməsi də planlaşdırılır. Bununla yanaşı, investisiya risklərinin azaldılması üçün dövlət zəmanətlərinin genişləndirilməsi və Kiyevdə “Alman evi”nin yaradılması ideyası müzakirə olunur.
Almaniyanın maliyyə naziri Lars Klinqbayl bildirib ki, Ukraynaya dəstək gələcək büdcədə də əksini tapacaq. Onun sözlərinə görə, 2027-ci ildə bu ölkəyə 11,6 milyard avro ayrılması, 2028-2030-cu illərdə isə hər il 8,5 milyard avro vəsait yönəldilməsi planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09

