Çin Beynəlxalq Araşdırmalar İnstitutu Azərbaycan-ŞƏT münasibətlərindən yazıb
22.04.2026 [18:53]
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Vüsal Quliyevin müəllifi olduğu “Azərbaycan və ŞƏT: Dialoq tərəfdaşlığından müşahidəçi ölkə namizədliyinə doğru” adlı kitabın paraqrafı Çin Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən nəşr edilib.
AZƏRTAC xəbər verir ki, Çin dilində yazılan məqalədə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə dinamik şəkildə inkişaf edən əlaqələri, eləcə də onun dialoq tərəfdaşlığından müşahidəçi dövlət statusuna mümkün keçidi müfəssəl şəkildə regional təsirlər nəzərə alınaraq təhlil edilib. Məqalənin əsas məzmunu ŞƏT ilə əlaqələrin Azərbaycan üçün yalnız diplomatik əməkdaşlıq deyil, həm də iqtisadi inkişafın sürətləndirilməsi, tranzit potensialının artırılması və ölkənin qlobal geosiyasi mövqeyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşımasıdır.
Müəllifin fikrincə, ŞƏT-lə əlaqələr Azərbaycan üçün həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. ŞƏT məkanına daxil olan geniş bazar, artan ticarət imkanları və investisiya axınları ölkənin iqtisadi şaxələndirmə strategiyasına mühüm töhfə verir. Bununla yanaşı, Azərbaycan öz coğrafi mövqeyindən istifadə edərək Avropa ilə Asiyanı birləşdirən əsas tranzit və logistika mərkəzinə çevrilməyi hədəfləyir. ŞƏT çərçivəsində əməkdaşlıq Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutlarının inkişafını dəstəkləyir, ölkənin Avrasiya ticarətində rolunu gücləndirir.
Müəllifin vurğuladığı əsas məqamlardan biri, geosiyasi baxımdan ŞƏT-in Azərbaycan üçün mühüm platforma olmasıdır. Çin, Rusiya və Mərkəzi Asiya ölkələrinin daxil olduğu bu təşkilatla əlaqələr Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir və ona müxtəlif güc mərkəzləri arasında balanslı, çoxvektorlu xarici siyasət aparmaq imkanı yaradır. Eyni zamanda, enerji və yaşıl inkişaf sahəsində əməkdaşlıq da xüsusi önəm daşıyır. Azərbaycan bərpaolunan enerji layihələrini genişləndirərək yeni texnologiya və investisiyalar cəlb etməyə çalışır.
Məqalədə rəqəmsal transformasiya və innovasiya da əməkdaşlığın vacib istiqamətlərindən biri kimi təqdim edilib. Süni intellekt, rəqəmsal infrastruktur və texnologiya sahələrində tərəfdaşlıq Azərbaycanın modernləşmə prosesini sürətləndirir. Bundan əlavə, ŞƏT təhlükəsizlik sahəsində də əməkdaşlıq platforması kimi çıxış edir və terrorizm, ekstremizm kimi təhdidlərə qarşı birgə fəaliyyət imkanları yaradır.
Xəbər lenti
Hamısına baxDünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31

