Qaz Emalı Zavodunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
22.04.2026 [11:25]
Aprelin 21-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qaradağ rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Qaz Emalı Zavodunun birgə təşkilatçılığı ilə “Qaz emalı sənayesi: təhlükəsizlik, ekoloji balans və inkişaf” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Qaz Emalı Zavodunun direktorunun müşaviri Aqşin Paşayev, təşkilatın və zavodun əməkdaşları iştirak ediblər.
Əvvəlcə Qaradağ rayonu məktəblilərinin “Şəhərsalma və Memarlıq İli” mövzusunda hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Aqşin Paşayev “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən danışaraq bildirib ki, bu təşəbbüs ölkəmizdə şəhərsalma siyasətinin daha da təkmilləşdirilməsinə, milli memarlıq irsinin qorunmasına və müasir memarlıq meyillərinin inkişafına mühüm töhfə verir. O, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə memarlıq və şəhərsalma sahəsində formalaşmış zəngin ənənələrdən və həyata keçirilmiş irimiqyaslı layihələrdən bəhs edib. A. Paşayev çıxışında Azərbaycanın qaz emalı sənayesində ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirildiyini və sahənin müasir tələblər səviyyəsində inkişaf etdiyini də vurğulayıb.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov Azərbaycanın qədim ənənələrə malik şəhərsalma modelinin müasir dövrün tələblərinə uyğun inkişafında müstəqil Azərbaycan dövlətinin xilaskarı Heydər Əliyevin böyük rolundan, qloballaşma şəraitində şəhərlərin inkişaf istiqamətlərindən və dayanıqlı şəhərsalma prinsiplərindən geniş bəhs edib. O, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq milli memarlıq irsinin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, müasir memarlıq nümunələrinin yaradılmasını, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqini diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər - 7 saylı qurğunun rəisi Ramiz Namazov və SƏTƏMM və KN şöbəsinin böyük mühəndisi Emil Bilalov işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası, milli memarlıq irsinin qorunmasının vacibliyi və “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlər barədə danışıblar.
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

