Planetimizi sevək!
22.04.2026 [08:56]
Yer kürəsi bizə əmanətdir...
Yer yalnız insanların deyil, milyonlarla canlı növünün ortaq evidir. Ona görə də ekosistemin tarazlığının pozulması təkcə təbiətə deyil, insan həyatına da birbaşa təsir göstərir. Məsələn, kimyəvi tullantılar, texniki əşyalar, salınmış şəhərciklər, tikilmiş binalar, infrastrukturlar və daha nələr-nələr... Bütün bunlar tədricən dünyanın nəfəs alan “ağciyərlərinin” məhvinə gətirib çıxarıb. Bu gün qlobal problemə çevrilən iqlim dəyişikliyi, qlobal istiləşmə, suyun tükənməsi və s. kimi ekoloji problemlər dünyadakı bu dəyişmələrin acı nəticəsi hesab olunur.
Yaşamaq üçün vacib olan dünyamızın qorunması isə hər birimizin borcu və məsuliyyətidir. Məhz bu səbəbdən aprelin 22-si Ümumdünya Yer Günü olaraq qeyd edilir. Bu əlamətdar gün ətraf mühitin qorunmasına yönəlmiş beynəlxalq tədbirdir. Hazırda dünyanın 192 ölkəsində Yer Günü fərqli aksiyalarla yadda qalır - konfranslar, sərgilər, böyük şəhərlərin magistral yollarında nəqliyyatın hərəkətinin məhdudlaşdırılması, abadlıq, təmizlik işlərinin aparılması, ağac əkilməsi...
Tarixə nəzər...
Yer Gününün tarixi XX əsrin 70-ci illərinə əsaslanır. Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) 50-dən çox üzv dövlətinin müəllifliyi ilə 2009-cu ildə BMT-nin Ümumi Məclisinin 63-cü iclasına əsasən təsis olunub və 2010-cu ildən etibarən qeyd olunmağa başlanıb. İlk zamanlar Yer Günü bir çox ölkədə günlərin bərabərləşməsi, yazın (Şimal yarımkürəsində) və ya payızın (Cənub yarımkürəsində) başladığı zaman qeyd olunurdu.
“Sülh zəngi”...
Ənənəyə görə, hər il Yer Günündə ölkələrin böyük əksəriyyətində dinc həyatın, bütün xalqların dostluğunun və həmrəyliyinin simvolu olan “Sülh zəngi” birdəqiqəlik çalınır. Bu, mədəniyyəti və bəşəriyyətin ən yaxşı nailiyyətlərini qorumaq naminə fəaliyyətə çağırışdır. Həmin mərasimin mənası ondan ibarətdir ki, bu dəqiqə ərzində insanlar planeti necə qoruyub saxlamaq, ondakı həyatı necə yaxşılaşdırmaq, özlərini sakin və Yer kürəsinin bir hissəsi kimi hiss etmək barədə düşünürlər.
İlk “Sülh zəngi” 1954-cü ildə BMT-nin qərargahı Nyu-Yorkda quraşdırılmışdı. 1996-cı ildə belə bir sülh zəngi BMT-də, eləcə də Avstriyanın paytaxtı Vyana şəhərində quraşdırıldı. Daha sonra isə Yaponiyada, Almaniyanın böyük şəhərlərində (1989), Polşa, Türkiyə (1989), Meksika (1990), Avstraliya (1992), Monqolustan (1993), Filippin (1994), Kanada (1996), Braziliya (1997), Argentina (1998), Ekvador (1999), Özbəkistan (2003) və digər ölkələrdə quraşdırılıb.
Günəş sisteminin üçüncü planeti
Məlumdur ki, Yer kürəsinin öz oxu ətrafında hərəkəti 24 saata başa çatır. Bu dövr sutka adlanır. Yerin işıqlanan tərəfində gündüz olanda, əks tərəfdə gecə olur. Onların arasında isə səhər və axşam vaxtları müşahidə edilir. Yerin öz oxu ətrafında fırlanması müxtəlif ölkələrdə vaxt fərqlərinin yaranmasına səbəb olur. Dünyanın müxtəlif ərazilərində günün işıqlı və qaranlıq vaxtının müddəti eyni deyil. Ekvator boyunca il ərzində gündüz və gecənin uzunluqları bərabər olur. Qütblərə yaxın ərazilərdə isə işıqlı vaxtın müddəti yarım ilə qədər uzanır. Digər yarım ilə qədər isə Günəş görünmür.
Astronomlar müəyyən ediblər ki, bəşəriyyətin “evi” olan Yer kürəsi kainatın ucsuz-bucaqsız ənginliyinin bir zərrəsidir. İndiyədək kainatın heç bir yerində həyat aşkar olunmayıb. Ancaq Günəş sisteminin üçüncü planeti olan Yer kürəsində yaşayış üçün əlverişli şərait mövcuddur. Üstəlik, bu gözəl planetdə yaşamaq bizə sevinc gətirir, mövcudluğumuz üçün Yer kürəsi çox vacibdir. Ona görə planetimizi qorumaq hər birimizin üzərinə düşən mühüm vəzifələrdən biridir!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

