Kiyev Ankaraya müraciət etdi: Putin-Zelenski görüşünü təşkil edin
21.04.2026 [09:15]
Rusiya-Ukrayna müharibəsi 4 ildən artıqdır ki, davam edir. Tərəflər arasında döyüşlər səngiməsə də, bu ilin ilk iki ayında müharibənin dayandırılması üçün diplomatik təşəbbüslər artmışdı. ABŞ-ın vasitəçilik təşəbbüsləri fonunda tərəflər bir sıra görüşlər keçirmişdi. Lakin ABŞ-ın İranla müharibəyə başlaması Ukrayna problemini bir qədər arxa plana keçirib.
Kiyev niyə narahatdır?
Qeyd edək ki, 2022-ci il fevralın 24-də başlayan müharibə region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli zərər vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib, hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu ölkənin ərazisinin 20 faizə yaxını hazırda Rusiya ordusunun nəzarətindədir. Müharibə Rusiya üçün də ağır nəticələrə səbəb olub. Bu günə qədər Rusiya tərəfinin döyüşlərdə yüzminlərlə hərbçisinin həlak olduğu barədə məlumatlar yayılıb.
Hazırda ABŞ-ın əsas diqqətinin İrana yönəlməsi rəsmi Kiyevi və onun müttəfiqlərini ciddi narahat edir. Kiyev problemin beynəlxalq birliyin gündəmindən düşməməsinə çalışır. Avropa İttifaqı (Aİ) da Ukrayna probleminin həllinin beynəlxalq gündəmdən çıxmamasının tərəfdarıdır. Ukraynadakı vəziyyətlə bağlı gələcək müzakirələrdən danışan Aİ-nin ali nümayəndəsi Kallas Yaxın Şərqə olan diqqətin Ukraynadakı vəziyyətdən yayındırmamasının vacibliyini vurğulayıb. Vaşinqtonun Avropa ökələrinə silah tədarükünü təxirə salması isə Aİ-nin Kiyevə hərbi yardımlarını azalda bilər.
Andrey Sibiqadan vacib açıqlama
Belə bir şəraitdə diqqət yenə də həmişə sülh prosesinə töhfələr verən Türkiyəyə yönəlib. Belə ki, rəsmi Kiyev Türkiyədən Ukrayna lideri Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün təşkili imkanlarını nəzərdən keçirməsini istəyib. Bu barədə Ukraynanın XİN başçısı Andrey Sibiqa “Ukrinform” agentliyinə müsahibəsində bildirib. “Biz Türkiyədən ABŞ Prezidenti Donald Trampın mümkün iştirakı ilə Zelenski ilə Putin arasında görüşün təşkili imkanını nəzərdən keçirməsini xahiş etmişik. Biz bu görüşə hazırıq”, - deyən Sibiqa Türkiyə diplomatlarının işini yüksək qiymətləndirərək, çox səmərəli adlandırıb. Nazir, həmçinin qeyd edib ki, Türkiyə də Rusiya-Ukrayna münaqişəsinin həllində maraqlıdır.
Xatırladaq ki, müharibənin başladığı ilk vaxtlardan regionun ən güclü dövlətlərindən biri olan Türkiyə sülh naminə tərəflər üçün vasitəçilik və danışıqlara ev sahibliyi edib. Bütövlükdə, Rusiya-Ukrayna müharibəsinin dayandırılması yönündə Türkiyənin göstərdiyi səylər bütün dünyada yüksək dəyərləndirilir. Həqiqətən də, Türkiyə sülh, eləcə də müharibənin yaratdığı humanitar problemlərin qarşısının alınması üçün böyük fəallıq göstərir. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm Kreml, həm də Kiyevlə təmasdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin lideri ilə danışıqlar aparır. Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə və Ukrayna XİN başçılarının görüşündə də bu məsələ diqqət mərkəzində olub.
Nəzərə alaq ki, Türkiyə böyük dövlətdir və bölgədə baş verən proseslərə təsir imkanları var. Son illər Türkiyə regional güc kimi özünü təsdiq edib. Yaxın Şərq böhranı ilə bağlı rəsmi Ankaranın oynadığı rol beynəlxalq birliyə çox yaxşı məlumdur. Hazırda isə Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Türkiyənin böyük fəallığı göz önündədir. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir, eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb. Xatırladaq ki, 2022-ci ildə Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü keçirilmişdi. Eyni zamanda, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüş sülh prosesinə müsbət təkan vermişdi. Rusiyanın Kiyev və Çerniqovda hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltmaq qərarı həqiqətən də mühüm addım idi və bu, İstanbul görüşünün nəticəsində baş verdi. Eləcə də Türkiyənin təşəbbüsü ilə 2022-ci il iyulun 13-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələrindən ibarət dördtərəfli görüş keçirilmişdi. Bu görüşün nəticəsi olaraq iyulun 22-də həmin məkanda taxıl ixracına dair saziş imzalandı. Sazişə uyğun olaraq, İstanbulda Rusiya və Ukrayna, BMT və Türkiyə nümayəndələrindən ibarət Birgə Koordinasiya Mərkəzi yaradılmışdı. “Taxıl və ərzaq mallarının Ukrayna limanlarından təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, müxtəlif ölkələrə onmilyonlarla ton Ukrayna taxılı daşındı. Saziş Türkiyənin fəal diplomatiyası nəticəsində bir neçə dəfə uzadıldı. Lakin Qərb dövlətlərinin öz vədlərini yerinə yetirməməsi səbəbindən Rusiya taxıl sazişinin uzadılmasından imtina etdi.
Türkiyənin rolu güclənir
Türkiyənin təşəbbüslərinə müharibənin tərəfi olan hər iki ölkə etimad göstərir. Nəzərə alaq ki, Qərb ölkələri Ukraynaya hərbi dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Bu proseslərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyəti də xüsusi vurğulanmalıdır. Məhz bu səbəblərə görə, Ərdoğanın Nobel mükafatına layiq görülməsi təklif olunmuşdu. Çünki Rəcəb Tayyib Ərdoğan Türkiyənin lideri olaraq Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün təkcə çağırışlar etmir, eyni zamanda, vacib addımlar atır.
Türkiyədən fərqli olaraq, hazırda Qərb ölkələri münaqişənin həlli üçün fəal təşəbbüslər irəli sürmür. Onlar öz maraqları naminə Ukraynanı qurban verirlər. Sözdə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsələr də, reallıqda Qərbin Kiyevə hərbi dəstəyi xeyli azalıb. Bu səbəbdən də, hazırda Ukrayna döyüş bölgəsində ciddi çətinliklərlə üz-üzə qalıb, silah-sursata ehtiyac artıb. Ona görə də, rəsmi Kiyev tərəfdaşlarından narazılığını açıq-aydın ifadə edir. Lakin Ankaranın təşəbbüsləri müharibə tərəfləri arasında sülhün əldə olunmasına yönəlib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

