BMT-nin sessiyasında Bakı-Banqkok Bəyannaməsi qəbul edilib
20.04.2026 [12:32]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Banqkokda keçirilən Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) “Heç kəsi geridə qoyma: Asiya və Sakit okean regionunda bütün yaş qrupları üçün cəmiyyətin inkişafı” mövzusuna həsr olunmuş 82-ci sessiyasına sədrlik edib.
AZƏRTAC xəbər verir ki, sessiyanın açılışında Azərbaycan Prezidenti İlham Əliyevin müraciəti nazir C.Bayramov tərəfindən oxunub.
Sessiya zamanı Azərbaycan ümumi çağırışların həlli və inkişafın faydalarının cəmiyyətin bütün təbəqələrinə çatmasını təmin etmək üçün regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Ceyhun Bayramov Azərbaycan tərəfindən təqdim olunan əsas siyasi mesajları vurğulayaraq, inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji keçidi, regional əlaqələr, sülh quruculuğu və Cənub-Cənub əməkdaşlığına diqqət çəkib.
Azərbaycanın “Heç kəsi geridə qoyma” gündəliyi çərçivəsində insan mərkəzli, dayanıqlı və bir-biri ilə əlaqəli regional gələcək baxışı təqdim edilib.
Sessiyada “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in inklüziv iqtisadi artım, təhsil və səhiyyəyə bərabər çıxış, rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi, nəsillərarası bərabər imkanlar kimi prioritetləri xatırladılıb.
Bundan əlavə, Avrasiya bağlantısı üçün Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb.
Sessiyada Asiya və Sakit okean regionunda bütün yaş qrupları üçün sosial inkişafın təşviqinə dair Bakı-Banqkok Bəyannaməsi qəbul edilib. Bu sənəd, ASİSK-ın inklüziv inkişaf gündəliyi ilə birbaşa uzlaşan inklüzivlik və dayanıqlı tərəqqiyə dair ortaq öhdəliyi əks etdirir.
Sessiya inklüziv artım, sosial bərabərlik və regionda dayanıqlı inkişaf üzrə dialoqu irəli aparmaq üçün üzv dövlətlərin, beynəlxalq təşkilatların və BMT tərəfdaşlarının yüksəksəviyyəli nümayəndələrini bir araya gətirib.
Qeyd edək ki, Azərbaycan çoxtərəfli diplomatiyada fəal rol oynamağa davam edir və ümumi inkişaf məqsədlərini dəstəkləmək üçün Asiya-Sakit okean regionu ilə əlaqələrini dərinləşdirməyə sadiqdir. Həmrəylik, innovasiya və ortaq məsuliyyət prinsipləri ilə idarə olunan Azərbaycan insanı mərkəzdə tutan, regional əlaqələri gücləndirən, rəqəmsal və yaşıl keçidləri sürətləndirən, sülhü və əməkdaşlığı möhkəmləndirən inkişaf modelini müdafiə edir.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

