“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 148-ci kitabı çapdan çıxıb
17.04.2026 [15:01]
Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq.
Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.
Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 148-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2025-ci il sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında söyləyib.
Çoxcildliyin bu kitabında toplanmış materiallar 2025-ci ilin sentyabr-noyabr aylarını əhatə edir.
Bu nəşrə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına işgüzar səfərinə, yüksəksəviyyəli müzakirələrdə iştirakına, keçirdiyi görüşlərə dair materiallar daxil edilib.
Oxucular yeni kitabda Azərbaycan Respublikası Prezidentinin Danimarkaya işgüzar səfəri, Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilmiş 7-ci Zirvə toplantısının açılış mərasimində, həmin toplantının plenar sessiyasında iştirakı, həmçinin keçirdiyi görüşlər haqqında informasiyalarla tanış ola bilərlər.
Azərbaycan Prezidenti 2025-ci ilin oktyabr ayında MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistanda, Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misir Ərəb Respublikasında səfərdə olub. Prezident İlham Əliyev oktyabr ayında, həmçinin Qazaxıstana dövlət səfəri edib, Astanada “Orta Dəhlizin inkişafı” birgə layihəsinin təqdimat mərasimində iştirak edib, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edib. Səfər ərəfəsində isə dövlətimizin başçısı “Kazimform”a eksklüziv müsahibə verib. Bütün bunlar haqqında materiallar 148-ci kitabda yer alıb.
Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşünə dair informasiya, Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılış mərasimində çıxışının mətni də verilib.
Oxucular bu kitabda Azərbaycan Prezidentinin Yevlax və Gəncə şəhərlərinə səfərləri, Gəncədə III MDB oyunlarının təntənəli açılış mərasimində iştirakı haqqında informasiyalar, dövlətimizin başçısının Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışının mətni ilə də tanış ola bilərlər.
Azərbaycan Prezidenti, həmçinin Cəbrayıla və Zəngilana səfərlər edib, Cəbrayıl rayonu Horovlu kəndinin sakinlərinə mənzillərin açarlarını təqdim edib, Cəbrayıl şəhər məscidinin, bu şəhərdə ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub. Dövlətimizin başçısı Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılış mərasimlərində iştirak edib, Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub, Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşüb. Bütün bunlar haqqında informasiyalar yeni kitabda toplanıb.
Bu kitaba Azərbaycan Prezidentinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışının mətni də daxil edilib.
Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.
Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

