Mütəxəssis: Qadınlar hemofiliyanın daşıyıcısı, kişilər isə aktiv xəstə olurlar
17.04.2026 [22:16]
Hemofiliya qanın laxtalanma sisteminin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Bu zaman qanda laxtalanma faktorlarının, xüsusilə “faktor VIII” və “faktor IX” çatışmazlığı müşahidə edilir. Nəticədə qanaxmalar normaldan daha uzun müddət davam edir və ya xəstədə heç bir müdaxilə olmadan anidən qanamalar müşahidə edilir. Hemofiliya genetik mutasiya nəticəsində yaranır və “X” xromosomu ilə əlaqəli irsən ötürülür. Məhz bu səbəbdən qadınlar, adətən, xəstəliyin daşıyıcısı, kişilər isə aktiv xəstə olurlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova səsləndirib.
Mütəxəssis xəstəliyin əsas əlamətləri barədə məlumat verib. O qeyd edib ki, simptomlar arasına körpənin iməkləmə dövründən etibarən oynaqlara qansızma (hemartroz), bədənin istənilən yerində iri qanamalar (hematomlar), hər hansı travma və ya cərrahi əməliyyat zamanı gec dayanan qanaxmaların izlənilməsi daxildir. Ağır hallarda öz-özünə daxili orqanlara və ya kəllə beyinə qansızmanın olması da ciddi simptomlardandır. Xəstəliyin mülayim, orta və ağır dərəcəsi var. Ağır dərəcəli hemofiliya xəstələrində isə qanaxmalar anidən, həmçinin daxili qanaxmalar şəklində müşahidə oluna bilir.
“Hemofiliya daşıyıcısı xəstəliyin genetik mutasiyasını daşıyan, lakin klinik əlamətlər görülməyən şəxslərdir. Onların özlərində klinik əlamətlər müşahidə edilməsə də, resessiv yolla xəstəliyi övladlarına ötürürlər. Adətən, qadınlar bu xəstəliyin daşıyıcısı olurlar. Əgər ana daşıyıcı, ata sağlamdırsa, oğlan uşaqlarının 50 faizi xəstə, qız uşaqlarının 50 faizi daşıyıcıdır. Ata xəstə, ana sağlamdırsa, bütün qız övladları daşıyıcı, oğlanlar isə sağlam olurlar. Hemofiliya xəstəliyinin yayılmasında daşıyıcı qadınların rolu var, məhz bu səbəbdən genetik məsləhət və erkən diaqnostika bu xəstəliyin populyasiyada yayılmasının qarşısını alaraq, xəstəliyin idarəolunmasında vacib əhəmiyyət daşıyır”,- deyə mütəxəssis bildirib.
Şəhla Şabanova Azərbaycanda hemofiliyanın nadir, lakin sosial əhəmiyyətli xəstəliklərdən biri olmasına diqqət çəkib: “Ölkəmizdə hemofiliyalı xəstələrə dövlət qayğısı sistemli şəkildə icra edilir və bu istiqamətdə xüsusi dövlət proqramları qəbul olunub, təkmilləşdirilib. Xəstələr laxtalanma faktor preparatları ilə ödənişsiz təmin edilirlər, bu da qanaxmaların qarşısının alınmasına və ağırlaşmaların minimuma endirilməsinə xidmət edir. Dövlət proqramları çərçivəsində, həmçinin xəstələrin sosial müdafiəsi, onların həyat keyfiyyətinin yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər həyata keçirilir. Görülən tədbirlər nəticəsində Azərbaycanda hemofiliyalı xəstələrin yaşam müddəti və keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

