Papa XIV Leonu tənqid edən Tramp özünü Məsih kimi təsvir edən rəsmi paylaşıb
13.04.2026 [20:45]
ABŞ Prezidenti Donald Tramp Vatikan dövlətinin başçısı Papa XIV Leonu tənqid etdikdən sonra xristian ənənəsində özünü Məsih kimi təsvir edən bir rəsmi paylaşıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Tramp sosial media paylaşımında Papa XIV Leonu tənqid edib.
Papanın “cinayət və nüvə silahları məsələsinə münasibətdə zəif” və “xarici siyasətdə bərbad” olduğunu iddia edən Tramp, habelə XIV Leonun Kilsə tərəfindən “onun özü ilə bacarmaq” üçün təyin olunduğunu iddia edib.
Donald Tramp yazıb ki, Papa ona minnətdar olmalıdır. O əlavə edib: “İranın nüvə silahına sahib olmasının normal olduğunu düşünən bir Papa istəmirəm. ABŞ-yə çoxlu miqdarda narkotik göndərən və daha da pisi, qatillər və narkotik satıcıları da daxil olmaqla məhbuslarını ölkəmizə buraxan Amerikanın Venesuelaya hücum etməsinin pis bir şey olduğunu düşünən bir Papa istəmirəm. Seçicilərin böyük əksəriyyəti tərəfindən ABŞ Prezidenti seçildiyim zaman verdiyim vədlərə əməl etdiyimə görə məni tənqid edən bir Papa istəmirəm”.
Tramp yekun olaraq qeyd edib: “Leo Papa kimi özünü yığışdırmalı, sağlam düşüncə ilə hərəkət etməli, radikal solçuların tələblərinə boyun əyməyi dayandırmalı və siyasətçi deyil, böyük bir Papa olmağa diqqət yetirməlidir”.
Bu tənqidlərdən təxminən bir saat sonra Tramp xristian ənənəsində özünü Məsih kimi təsvir edən bir rəsm paylaşıb. Tabloda o, sanki xəstə yatağında bir insanı sağaldan, ona dua edən və heyran olan insanların arasında təsvir olunur.
Aprelin 11-də Pakistanda ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar aparılarkən, Papa XIV Leo məşhur Müqəddəs Pyotr Bazilikasında keçirilən qlobal sülh naminə dua tədbirində dünyada hakimiyyət mübarizələrinin və müharibələrin sona çatmalı olduğunu bildirib.
Təhdidlərin hər yerdə qabarıq şəkildə ortaya çıxdığını ifadə edən Papa deyib: “Müharibə bölür, ümid isə birləşdirir. Burada, ətrafımızda getdikcə daha gözlənilməz və aqressiv hala gələn o qüdrət xəyalına qarşı bir dayaq tapırıq”.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

