Azərbaycan səhiyyəsinin inkişafına həsr olunan bir ömür
13.04.2026 [10:48]
Dünyada elə insanlar var ki, onlar bütün qəlbi ilə bu və ya digər sahəyə bağlanır, ömrünü ona həsr edir. Və zaman keçdikcə onların bu zəhməti böyük bir cərəyanın, məktəbin əsasını təşkil edir. Bu mənada Azərbaycan öz ziyalıları, alimləri ilə sözün həqiqi mənasında öyünə bilər. Biz belə insanları daim xatırlamalı, onları təbliğ etməli, gənc nəslə tanıtmalıyıq. Bu dəyərli insanlardan biridə XX əsr Azərbaycan qadınının əldə etdiyi ən yüksək məziyyətləri özündə əks etdirən Zərifə xanım Əliyevadır.
Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilən Zərifə xanım Əliyevanın vəfatından 41 il ötür.15 aprel 1985-ci ildə vəfat edən Zərifə xanım Əliyevanın Azərbaycan xalqı, tibb elmi qarşısında xidmətləri o qədər böyük və məzmunludur ki, biz onu təkcə bu gün deyil, hər gün xatırlamalı oluruq. Onun yazdığı elmi monoqrafiyalar, kitablar həkimlərimizin masaüstü vəsaitlərinə çevrilib. 62 il yaşamasına baxmayaraq, Zərifə xanım mənalı ömrü və zəngin elmi yaradıcılığı ilə dünyaya nümunəvi Azərbaycan qadını obrazını canlı surətdə təqdim edə bilmişdi. Ailə dəyərlərinə bağlı, vəfalı həyat yoldaşı, nəzakətli ana və şəfqətli həkim olan Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətinə qısa nəzər salmaq kifayətdir ki, onun Azərbaycan xalqı üçün nə qədər faydalı işlər gördüyünü söyləyəsən.
Azərbaycanın səhiyyəsinə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanı xatırlayan zaman ilk öncə xatirimizdə Onun işıqlı çöhrəsi canlanır. Və qarşımızda nəcib Azərbaycan qadını, böyük bir nəslin layiqli övladı, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt, geniş erudisiyaya, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər isə Zərifə xanımın portretini tamamlayır. Zərifə xanımın tibb sahəsində fəaliyyətinə nəzər saldıqda isə qarşımıza sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş, oftalmologiya elminin inkişafındakı əvəz olunmaz xidmətləri olan bir şəxsiyyətlə qarşılaşırıq. Onun milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə tibb işçilərinin hazırlanmasında böyük əmək sərf etməsi danılmazdır.
Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Zərifə xanım Əliyeva tibbi fəaliyyəti ilə yanaşı, uzun illər respublikanın bir cox iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Tədiqiqatlarında bu müəssisələrdə istehsal posesində istifadə olunan zəhərli maddələrin təkcə görmə orqanına deyil, həm də digər orqanlara, o cümlədən ağciyər, böyrək, qaraciyər və ürəyə mənfi təsirlərini dərindən araşdırıb.
Akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolundan, misilsiz elmi faəaliyyəti haqqında danışmaq nə qədər şərəflidirsə o qədər də çətindir. Hər zaman olduğu kimi, bu il də Zərifə xanım Əliyevanı təkcə görkəmli alimimizi yad etmək deyil, həm də insanları elmə, biliyə yiyələnməyə, humanist addımlar atmağa, nümunəvi vətəndaş olmağa çağırış mahiyyəti daşıyır: “Azərbaycan xalqı özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz saxlayır. Bu baxımdan, görkəmli alim Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir. Ləyaqətli bir ömür yaşayan Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqı, dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir örnək və yaşam etalonudur.
Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə xanım Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində daima yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır. Zərifə xanım Əliyevanın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25

