/ / Qaradağ rayonunda Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə hazırlıq işləri müzakirə olunub
Qaradağ rayonunda Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə hazırlıq işləri müzakirə olunub
10.04.2026 [23:24]
10 aprel 2026-cı il tarixdə YAP Qaradağ rayon təşkilatının aparatında Ümummilli Lider Heydər Əliyevin anadn olmasının 103-cü ildönümü tədbirlərinə hazırlıq işləri müzakirə olunub.
Tədbirdə YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, Bakı şəhər Gənclər və İdman İdarəsinin rayon üzrə sektor müdiri Elçin Abbasov, Qaradağ rayon Gənclər Evinin direktoru Leyla Məmmədova, “Kainat” Təhsil Mərkəzinin filial rəhbəri Məlahət Budaqova, "Neftçi İdman Klubu" İctimai Birliyinin Qaradağ təlim idman bazasının baş meneceri Qalib Baxşiyev, 11 saylı Uşaq Gənclər İdman Məktəbinin direktor müavini Gündüz Əliyev, Qaradağ rayonunda yerləşən tam orta məktəblərin və peşə təhsili mərkəzlərinin direktorları iştirak ediblər.
Tədbiri açan YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov Ümmummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar rəhbərlik etdiyi rayon təşkilatının Bakı şəhər Gənclər və İdman İdarəsinin rayon üzrə sektoru ilə birlikdə təşkil ediləcək ümumrayon tədbirləri barədə ətarflı məlumat verib. Qeyd edib ki, müasir müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi, dövlətçilyimizin bərpası və möhkəmlənməsi istiqamətində həyata keçirdiyi nəhəng işlər, göstərdiyi əvəzolunmaz xidmət xalqımızın qəlbində daim yaşayacaqdır. Qaradağ rayonunda ilk dəfə təşkil edilən belə müzakirənin əhəmiyyətini vurğulayan sədr müavini hamını fəal iştiraka, rəy və təkliflərini bildirməyə çağırıb.
Bakı şəhər Gənclər və İdman İdarəsinin rayon üzrə sektor müdiri Elçin Abbasov, “Kainat” Təhsil Mərkəzinin filial rəhbəri Məlahət Budaqova, Gənclər Evinin direktoru Leyla Məmmədova təşkil ediləcək tədbirlər barədə ətarflı məlumat veriblər.
Mövzu ilə əlaqədar müzakirələrdə çıxış edən "Neftçi İdman Klubu" İctimai Birliyinin Qaradağ təlim idman bazasının baş meneceri Qalib Baxşiyev, məktəb direktorları Nəriman Mürsəliyev, Səkinə Rzayeva, Aynur Abdullayeva və digərləri təşkil edilən müşavirənin əhəmiyyətini yüksək qiymətləndirərək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin həyatının və dövlətçilik fəaliyyətinin gənc nəslə çatdırılması, onun irsinin dərindən öyrənilməsi, müasir müstəqil dövlətimizin qurulmasında və inkişafında oynadığı rolun təbliği üçün böyük imkan yaratdığını xüsusi vurğulayıblar. Qeyd olunub ki, ildönümü ilə əlaqədar təşkil ediləcək idman tədbirlərinin, həmçinin intellektual yarışların yüksək səviyyədə təşkili üçün lazım olan bütün addımlar atılacaq, hər cür dəstək göstəriləcəkdir. Müzakirələr zamanı tədbirlərin təşkili ilə bağlı bir sıra rəy və təkliflər də bildirilib.
Tədbir zamanı bir neçə məktəb direktoruna rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və doğum günü ilə əlaqədar Fəxri Fərman təqdim edilib, çay süfrəsi açılıb və ərazi partiya təşkilatlarında partiya işinin daha da canlandırılması istiqamətində səmimi fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17

