BMT-nin yeni hesabatında qlobal tərəqqinin risk altında olduğu vurğulanır
10.04.2026 [21:19]
BMT-nin cümə axşamı təqdim etdiyi hesabatda vurğulanır ki, qlobal parçalanma, geosiyasi gərginliyin və münaqişələrin dərinləşməsi onilliklər boyu davam edən tərəqqini riskə atıb. Təşkilat beynəlxalq səviyyədə razılaşdırılmış məqsədlərə çatmaq üçün investisiyaların artırılmasına çağırıb.
AZƏRTAC xəbər verir ki, BMT-nin baş ofisində təqdimatı keçirilən “2026-cı il üçün davamlı inkişafın maliyyələşdirilməsi” adlı hesabatda onilliyin sonuna qədər Davamlı İnkişaf Məqsədlərinə (SDG) nail olmaq məqsədilə hər il tələb olunan 4 trilyon dolları təmin etməyi hədəfləyən 2025-ci ilin Sevilya Öhdəliyi üzrə irəliləyişlər qiymətləndirilir.
BMT Baş katibinin müavini Əminə Məhəmməd təqdimatdan əvvəl bildirib: “Sevilya Öhdəliyinin həyata keçirilməsi qlobal ictimaiyyətin əməkdaşlığa davamlı sadiqliyini nümayiş etdirmək və Davamlı İnkişaf Məqsədlərinin vədinə əməl etmək üçün lazım olan maliyyəni açmaq üçün ən yaxşı şansımızdır”.
Təşkilatın Baş katibinin iqtisadi və sosial məsələlər üzrə Li Cunhua təəssüflə bildirib ki, növbəti dörd il ərzində məqsədlərə çatmaq üçün böyük miqdarda investisiya tələb olunsa da, maliyyələşdirmə boşluğu getdikcə artır. Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə - xüsusən də ən yoxsul və ən həssas dövlətlərdə ətraf mühitin pisləşməsi və iqlim təsirləri, yüksək kapital xərcləri və artan borc təzyiqi səbəbindən dərinləşən böhran fonunda onlara inkişaf yardımı kəskin şəkildə azalır.
Hesabatda qeyd olunub ki, Rəsmi İnkişaf Yardımı (ODA) 2024-cü ildə 6 faiz, növbəti il isə daha 23 faiz azalıb. Bu arada, borc xidməti yükü son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Li Cunhua vurğulayıb: “Çoxtərəfliliyin özü təhlükə altındadır. Güclü ölkələr ticarət və investisiya ittifaqlarını yenidən qurur və bunu çox vaxt ən kasıb ölkələrin hesabına edirlər. Bu, qlobal əməkdaşlığın təməllərini sarsıdır. Məsələn, dünyanın ən az inkişaf etmiş ölkələrindən (LDC) ixrac üzrə orta tariflər 2025-ci ildə 9 faizdən 28 faizə yüksəlib. Çin istisna olmaqla, digər inkişaf etməkdə olan ölkələr üçün orta tariflər 2 faizdən 19 faizə yüksəlib. Bu, səkkiz dəfədən çox artım deməkdir”.
Bundan əlavə, hesabatda diqqətə çatdırılıb ki, Yaxın Şərqdəki münaqişə onsuz da kövrək olan qlobal iqtisadiyyata ciddi bir zərbə vurub və inkişaf etməkdə olan ölkələr enerji, qida, ticarət və borc dayanıqlığı ilə bağlı fəsadları artıq hiss edir.
Hesabatda, həmçinin müsbət inkişaflar, o cümlədən 2024-cü ildə bərpaolunan enerjiyə rekord səviyyədə xərcləmənin 2,2 trilyon dollara çatması və qazıntı yanacaqlarına investisiyaların ikiqat artması qeyd olunur. Cənub-Cənub ticarəti - yəni inkişaf etməkdə olan ölkələrin özləri arasında ticarət də son 20 ildə dörd dəfə artıb.
Li Cunhua bildirib: “Sevilya Öhdəliyinin həyata keçirilməsi Dayanıqlı İnkişaf Məqsədlərinə doğru maliyyələşdirmə boşluğunu aradan qaldırmağın yeganə mümkün yolu olaraq qalır. Dünyanın taleyi artıq üzv dövlətlərin kollektiv siyasi iradəsindən asılıdır. Biz öhdəlik ritorikasından konkret hərəkət mexanizmlərinə keçməliyik”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

