YAP Laçın rayon təşkilatı Laçın şəhərində görüş keçirib
09.04.2026 [23:26]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov Laçın şəhəri və Zabux kəndində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının sədrləri, sədr müavinləri, fəallar və partiya üzvləri ilə görüş keçirib.
Görüşdə Laçın şəhəri, Zabux, Sus və Bəylik kəndlərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təşkilatın sədri İlqar İlyasov çıxış edərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müqəddəs missiya onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırılıb. Qeyd olunub ki, Heydər Əliyev siyasi irsini müasir dövrün çağırışlarına uyğun zənginləşdirən dövlət başçısı varislik prinsipi əsasında həyata keçirdiyi uzaqgörən siyasətlə xalqımıza dövlətçilik tariximizin ən möhtəşəm uğurlarını qazandırıb. Bu nailiyyətlərin zirvəsi isə 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi və ölkə suverenliyinin tam bərpasıdır.
Çıxışda Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin arzu və vəsiyyətlərini şərəflə yerinə yetirdiyi, Azərbaycanın milli gücünü və beynəlxalq nüfuzunu daha da möhkəmləndirdiyi xüsusi vurğulanıb.
Həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, “Böyük Qayıdış” proqramının uğurla icra olunduğu və bunun ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
İlqar İlyasov Ulu Öndər Heydər Əliyevin ideyalarının əbədi yaşayacağını bildirərək, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində də uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib. O, il ərzində tədbirlər planına uyğun həyata keçiriləcək tədbir və görüşlər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş müsabiqələr və qarşıda duran vəzifələrlə bağlı ərazi partiya təşkilatlarına müvafiq tapşırıqlar verib.
Görüşdə Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov, Laçın rayon Sus kənd tam orta ümumtəhsil məktəbinin direktoru Dünarə Əbdürəhimanova, 54 və 55 saylı ərazi partiya təşkilatlarının sədrləri Şəbnəm Uğurlu və Mübariz Rüstəmov çıxış edərək görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrin yüksək səviyyədə icra olunacağını bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02

