ABŞ aviasiyası üçün başağrısı olan “Şidenkay” 81 il sonra dənizdən çıxarılıb
09.04.2026 [22:30]
Yaponiyanın İkinci Dünya müharibəsi zamanı istifadə etdiyi “Şidenkay” adlı qırıcı təyyarəsinin qalıqları 81 il sonra su altından çıxarılıb.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, “Şidenkay” 1945-ci il aprelin 21-də səhər saatlarında ABŞ-ın “B-29” bombardmançı təyyarələri ilə döyüşə girib. Ondan sonra Yaponiyanın cənub-qərbindəki Kaqoşima prefekturasındakı Akune şəhəri yaxınlığında dənizə qəza enişi edib. “Şidenkay” enişdən əvvəl ABŞ təyyarələrindən birini vura bilib. Yerli sakinlər “Şidenkay”ın pilotu leytenant Hayaşi Yoşihiqeni xilas etmək üçün səy göstərsələr də, o, artıq ölmüşdü.
Bölgənin müharibə irsini araşdıran assosiasiyanın rəhbəri Eysuke Himoto ötən ilin aprelində batmış təyyarənin axtarışları üçün dalğıc araşdırması aparıb və beləcə təyyarənin yeri müəyyənləşdirilib.
Aprelin 8-də sahildən təxminən 300 metr aralıda 3 metr dərinlikdə olan təyyarəni çıxarmaq üçün əməliyyat başlayıb. İri qaldırıcı kran vasitəsi ilə təyyarənin hissələri bir-birinin ardınca sudan çıxarılıb. Dəniz suyunda bu qədər uzun müddət qalmasına baxmayaraq təyyarənin qanadları demək olar ki, olduğu kimi qalıb.
Təyyarə limana aparılaraq xüsusi su çənində bir il duzsuzlaşdırmadan keçiriləcək. Assosiasiya sülhün əhəmiyyətini çatdırmaq üçün təyyarəni irs abidəsi kimi nümayiş etdirməyi planlaşdırır.
Qeyd edək ki, bu, “Şidenkay”ın Yaponiyada qorunub saxlanılan ikinci gövdəsi olacaq. Bu tip qırıcılar o dövrün ən qabaqcıl aviasiya texnologiyasını bir araya gətirərək hazırlanıb. Təxminən 400 “Şidenkay” istehsal edilib. “Kawanishi N1K”nın təkmilləşdirilmiş versiyası olan “Şidenkay” ilk uçuşunu 1944-cü ilin yanvarında yerinə yetirib. Bu tip qırıcılar tarixi baxımdan uzun müddət istismarda olmasa da, Yaponiya ordusu İkinci Dünya müharibəsinin son illərində ABŞ başda olmaqla müttəfiqlərə qarşı hava döyüşlərində geniş istifadə edib. Müharibədən sonra nisbətən salamat qalan 3 “Şidenkay” ABŞ-də, 1978-ci ildə dənizdən çıxarılan digəri isə Yaponiyada aviasiya irsi kimi muzeylərdə nümayiş olunur.
Xəbər lenti
Hamısına baxXəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17

