Azərbaycan balının Avropa İttifaqı ölkələrinə ixracı istiqamətində iş aparılır
09.04.2026 [11:52]
Arıların sağlamlıq vəziyyətinin qorunması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Bitkilərin çiçəkləmə dövründə arı ailələrinin köçürülməsi zamanı karantin qaydalarına ciddi riayət olunmalı, arıxanalar arasında təxminən 5 kilometr məsafə saxlanılmalı və yeni ərazilərə köçürülmə zamanı müəyyən müddət izolyasiya təmin edilməlidir. Həmçinin ana arı yetişdiriciliyi tam təcrid olunmuş ərazilərdə aparılmalı və həmin ərazilərdə 3 kilometr radiusda digər ana arı təsərrüfatı olmamalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsində müsahibə verərkən deyib.
Şöbə müdiri bildirib ki, arıların yetişdirilməsi digər heyvan növləri ilə müqayisədə daha spesifik sahədir. Arıların iqlim dəyişikliyinə yüksək həssaslığı və populyasiyanın qısa müddətdə bərpa olunması bu sahədə daha məsuliyyətli yanaşmanı zəruri edir.
Onun sözlərinə görə, Azərbaycan ərazisində tarixən “Boz Qafqaz” və “Sarı Qafqaz” arı cinsləri mövcud olub. Son illərdə isə digər arı cinsləri də ölkəyə gətirilərək yetişdirilib və rayonlaşdırılıb. Hazırda ölkədə ümumilikdə altı arı cinsi arıçılıqda istifadə olunur.
Şöbə müdiri deyib ki, iqlim şəraitindən asılı olaraq arıların saxlanılması, qidalandırılması və müalicəsi düzgün təşkil olunmalı, qida təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl edilməlidir. Eyni zamanda, arıçılıq məhsullarının təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır və istehlaka təqdim edilən məhsullarda, xüsusilə balda antibiotiklər, pestisidlər və digər baytarlıq preparatlarının miqdarı normativlərə uyğun olmalıdır.

Q. Əbdüləliyev əlavə edib ki, hazırda arıçılıq məhsullarının, xüsusilə balın Avropa İttifaqı ölkələrinə ixracı istiqamətində işlər aparılır. Bu məqsədlə beynəlxalq tələblərə uyğun monitorinq planları həyata keçirilir, ölkənin müxtəlif bölgələrində arıxanalara baxış keçirilir, nümunələr götürülərək laborator analizlər aparılır.
Xəbər lenti
Hamısına baxDünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13

