Regional təhlükəsizlik fonunda iqtisadi inteqrasiya
09.04.2026 [11:02]
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Tbilisiyə səfərini, burada Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə keçirilən görüşlərini iki ölkə münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi mühüm önəm kəsb edir. Səfər çərçivəsində aparılan danışıqlar ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, regional təhlükəsizlik, iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya layihələrinin perspektivlərini də əhatə edib.
Görüşlər zamanı tərəflər qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin davamlı inkişaf etdiyini vurğulayıblar. Gürcüstanın Baş naziri çıxışında xalqlar arasında formalaşmış tarixi yaxınlığa diqqət çəkərək bildirib: “Əsrlər boyu xalqlarımızı yaxşı qonşuluq və xüsusi tarixi dostluq bağlayıb”. Bu fikir iki ölkə arasında münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də dərin tarixi köklərə söykəndiyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyev isə bəyanatında vurğulayıb ki, mövcud münasibətlər regionda əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır və tərəfdaşlıq gələcəkdə də inkişaf edəcək. O qeyd edib ki, “bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər”. Qeyd edək ki, bu yanaşma Azərbaycan və Gürcüstan arasında formalaşmış qarşılıqlı etimadın və ortaq maraqların əhəmiyyətini göstərir.
Səfər çərçivəsində iqtisadi əməkdaşlıq məsələləri də geniş müzakirə olunub. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi və birgə layihələrin həyata keçirilməsi tərəfdaşlığın iqtisadi dayaqlarını gücləndirir. Gürcüstanda əlverişli investisiya mühiti Azərbaycan şirkətlərinin fəaliyyətini stimullaşdırır, eyni zamanda, regionda yeni layihələr üçün imkanlar yaradır.
Enerji və nəqliyyat sahələrində əməkdaşlıq strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Ölkəmiz enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstanın tranzit rolu mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Asiya ilə Avropanı birləşdirən nəqliyyat marşrutlarının inkişafı hər iki ölkənin regional logistika mərkəzinə çevrilməsi imkanlarını artırır. Bu amillər Cənubi Qafqazın beynəlxalq əhəmiyyətini daha da yüksəldir. Regional təhlükəsizlik və sülh məsələləri də müzakirələrin əsas istiqamətlərindən olub. Tərəflər Cənubi Qafqazda əməkdaşlıq mühitinin gücləndirilməsinin vacibliyini qeyd edərək, yeni geosiyasi reallıqların region üçün əlavə imkanlar yaratdığını bildiriblər. Bu baxımdan Azərbaycan - Gürcüstan tərəfdaşlığı həm iqtisadi, həm də siyasi sabitliyin möhkəmləndirilməsində mühüm rol oynayır.
Səfər çərçivəsində aparılan müzakirələr və səsləndirilən fikirlər göstərir ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq daha da dərinləşir. Tarixi dostluq, qarşılıqlı dəstək və ortaq maraqlar üzərində qurulan bu münasibətlər gələcəkdə regionun inkişafına və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəkdir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

