“4 gündən 44 günə” adlı inşa yazı müsabiqəsinin açılış mərasimi keçirilib
09.04.2026 [09:58]
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə şəhərin orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “4 gündən 44 günə” adlı inşa yazı müsabiqəsinin açılış mərasimi keçirilib.
Açılış mərasimində YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov, YAP Gəncə şəhər təşkilatının əməkdaşları, partiya fəalları, müəllimlər və şagirdlər iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda, Qarabağ müharibəsi zamanı canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov açaraq, bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər yalnız torpaqlarımızın azadlığı deyil, həm də şəhidlərimizin ruhuna olan böyük ehtiramın və xalqımızın milli qürurunun bərpasının təsdiqi oldu. Bu gün reallaşan “4 gündən 44 günə” adlı inşa yazı müsabiqəsi, eyni zamanda bu cür müsabiqələr, tədbirlər gənc nəslin tarixi yaddaşını möhkəmləndirir, onlarda dövlətçiliyə və milli dəyərlərə hörməti daha artırır.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə çıxış edərək, bildirib ki, hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək, sözün əsl mənasında, böyük xalq olduğunu bir daha sübut etdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı.
“Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan, Azərbaycan xalqının Vətən müharibəsinə çevrilən “Dəmir yumruq” əməliyyatında qazanılan zəfər tariximizə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusu cəmi 44 günə 30 illik ağrı-acıya, nisgilə, həsrətə son qoydu. Azərbaycan xalqı məğrur, dönməz və yenilməz xalq kimi tarixə düşdü!” – deyə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov qeyd edib.
Şəhid Candar Cavadovun həyat yoldaşı Vüsalə Cavadova vurğuladı ki, Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. 44 gün davam edən savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisası alındı.
Gəncə şəhər 37 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Aytac Qəhrəmanzadə çıxış edərək, dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbədən danışıb. O, qürurla vurğulayıb ki, tariximizin şanlı zəfəri gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.
Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Daha sonra şəhərin orta ümumtəhsil məktəblərinin 90 nəfər 7, 8 - ci sinif şagirdləri öz zehni qüvvələrini sınayaraq, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şəhidlərimizin fədakarlığı və qazandığımız tarixi qələbə barədə öz düşüncələrini qələmə alıblar.
“4 gündən 44 günə” adlı inşa yazı müsabiqəsinin yekununda qalib gələn şagirdlər mükafatlara layiq görüləcəklər.
Qeyd edək ki, inşa yazı müsabiqəsi gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində Ali Baş Komandanımızın və ordumuzun əldə etdiyi uğurların təşviqinin aparılması, tarixi qələbə haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılmasını təmin etmək və gənclərin bədii-yaradıcılıq bacarıqlarının üzə çıxarılması məqsədilə keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

