Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik
08.04.2026 [15:19]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
2026-cı il aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana həyata keçirdiyi rəsmi səfər və səfər çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı səviyyəsini və perspektivlərini dolğun şəkildə əks etdirdi. Cənab Prezident çıxışında qeyd etdi ki, iki ölkə arasında formalaşmış münasibətlər uzun illərin sınağından çıxaraq bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu əlaqələr qarşılıqlı hörmət, etimad, daxili işlərə qarışmamaq prinsipi və milli maraqların uzlaşdırılması əsasında inkişaf edir. Siyasi dialoqun yüksək səviyyədə olması, dövlət başçıları və hökumət üzvləri arasında müntəzəm görüşlərin keçirilməsi əlaqələrin dayanıqlı xarakter daşıdığını göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik Azərbaycan-Gürcüstan əməkdaşlığının mühüm istiqamətlərindən biri kimi çıxış edir. Bu münasibətlər yalnız ikitərəfli çərçivədə deyil, bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına xidmət edən mühüm model kimi qiymətləndirilir. Gürcüstanın dinamik iqtisadi inkişafı regionda iqtisadi aktivliyin artmasına, yeni imkanların yaranmasına və investisiya mühitinin yaxşılaşmasına ciddi təsir göstərir və Azərbaycan bu inkişafı daim dəstəkləyən etibarlı tərəfdaş kimi çıxış edir. İki ölkə arasında ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiya qoyuluşunun genişlənməsi və birgə layihələrin icrası iqtisadi əlaqələrin davamlı şəkildə inkişaf etdiyini göstərir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan şirkətləri Gürcüstanda müxtəlif sahələrdə fəal iştirak edir və bu da iqtisadi inteqrasiyanı daha da dərinləşdirir.
Energetika sahəsində əməkdaşlıq isə Azərbaycan-Gürcüstan tərəfdaşlığının əsas sütunlarından biri kimi çıxış edir. Cənab Prezident bəyanatında qeyd etdi ki, Azərbaycan uzun illərdir etibarlı enerji təchizatçısı kimi bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Bu sahədə həyata keçirilən iri layihələr, xüsusilə neft və qaz kəmərləri regionun enerji xəritəsini dəyişdirərək yeni geoiqtisadi reallıqlar formalaşdırıb. Gürcüstan bu layihələrdə əsas tranzit ölkə kimi mühüm rol oynayır və enerji resurslarının təhlükəsiz və fasiləsiz şəkildə dünya bazarlarına çıxarılmasını təmin edir. Bununla yanaşı, nəqliyyat və logistika sahəsində həyata keçirilən genişmiqyaslı layihələr, o cümlədən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycan və Gürcüstanı mühüm tranzit qovşaqlarına çevirir. Bu layihələr təkcə region ölkələrinin deyil, daha geniş coğrafiyanın iqtisadi maraqlarına xidmət edir. Prezident İlham Əliyev vurğuladı ki, birgə həyata keçirilən təşəbbüslər ölkələrimizin strateji mövqeyini gücləndirməklə yanaşı, qarşılıqlı əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsi üçün də möhkəm zəmin yaradır və bu tərəfdaşlıq gələcəkdə daha da dərinləşəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13

