Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyə çempionatında nadir hadisə: qapıçı uzaqdan qol vurdu

Türkiyə çempionatında nadir hadisə: qapıçı uzaqdan qol vurdu

05.04.2026 [11:16]

Türkiyənin Superliqasının 28-ci turu çərçivəsində keçirilən "Kasımpaşa" – "Kayserispor" oyunu nadir hallarda rast gəlinən qolla yadda qalıb.

AZƏRTAC xəbər verir ki, "Kasımpaşa" komandasının qapıçısı Andreas Gianniotis qapıdan-qapıya qol vurub.

Matçın 66-cı dəqiqəsində öz cərimə meydançasından təxminən bir metr aralıdan uzaq məsafəyə zərbə endirən qapıçının vurduğu top rəqib cərimə meydançasında yerə dəyərək "Kayserispor"un qolkiperi Bilal Bayazitin üzərindən tora daxil olub.

Görüş "Kasımpaşa"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Paylaş:
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30