/ / Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb
Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb
02.04.2026 [19:49]
Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına 2026-cı ilin Dövlət mükafatlarına təqdim edilən işlərin adları açıqlanıb.
Bu barədə AZƏRTAC Dövlət Mükafatları Komissiyasından məlumat verilib.
Dövlət mükafatlarına aşağıdakı işlər təqdim edilib:
I. Elm və texnologiya sahəsində
1. Adil Qəribov – “Atom-hidrogen energetikasında termo- və radiasion-heterogen proseslər” monoqrafiyası (rus dilində - “Термо- и радиационно-гетерогенные процессы в атомно-водородной энергетике”).
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu (optimallaşdırmadan sonra Fizika İnstitutunun tərkibində) təqdim edib.
2. Asəf Hacıyev – “Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabı (ingilis dilində - “High-Dimensional Regression Analysis and Artificial Intelligence”).
Bakı Mühəndislik Universiteti təqdim edib.
3. Akif Əlizadə, Tələt Kəngərli, Dadaş Hüseynov, Zaur İmrani, Rauf Qardaşov, Amin İsmayılov, Xəyyam Rəhimov, Səyyarə İbadullayeva, Təvəkkül İsgəndərov, Qurban Yetirmişli, Nazim İsmayılov – “Qarabağ və Şərqi Zəngəzur. Təbii Ehtiyatlar Atlası”.
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (optimallaşdırmadan sonra Geologiya İnstitutunun tərkibində) təqdim edib.
4. Bədirxan Əhmədov – “XX əsr Azərbaycan ədəbiyyatı tarixi. İcmallar, təhlillər, portretlər” (3 cilddə) monoqrafiyası.
Xəzər Universiteti təqdim edib.
5. Camaləddin Aslanov – “Düzaxınlı siyirtmə” ixtirası və onun əsasında elmi nəzəri perspektivliyi sübuta yetirilmiş ixtiranın təkmilləşdirilməsinə dair kompleks elmi-tədqiqat.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutu təqdim edib.
6. Əsgər Zeynalov – “İrəvan ziyalıları” monoqrafiyası (rus dilində - “Эриванская аристократия”).
Azərbaycan Dillər Universiteti təqdim edib.
7. İlqar Nəzərov, Natiq Cavadov, Məmmədsaleh Əliyev, Soltan Qasımov, Rafiq Hüseynov – Müdafiə təyinatlı məmulatların yaradılması, istehsalı və utilizasiyası sahəsində aparılmış elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin nəticələri əsasında müasir istehsalat sahələrinin yaradılması.
Müdafiə Sənayesi Nazirliyinin “İqlim Elmi-İstehsalat Müəssisəsi” təqdim edib.
8. İlyas Həmidov, Məmməd Qocayev, Rəna Məmmədova, Leyla Həmidova – “Azərbaycan dilinin frazeologiya lüğəti”.
Bakı Slavyan Universiteti təqdim edib.
9. Könül Bünyadzadə – “Sufi fenomenologiya” ikicildlik monoqrafiyası.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu təqdim edib.
10. Qəzənfər Paşayev və Orxan İsayev – “İraq-Türkman ədəbiyyatı tarixi” monoqrafiyası.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu təqdim edib.
11. Mahirə Hüseynova, Sayalı Sadıqova – “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” monoqrafiyası.
Azərbaycan Dövlət Pedaqoji Universiteti təqdim edib.
12. Məhəmməd Camalbəyov, Nazim Vəliyev – “Yeni “Diskret-imitasiya modelləşdirmə konsepsiyası”: nasos-quyu-lay sistemlərinin kompüter simulyasiyası ilə neft hasilatının optimallaşdırılması” elmi əsəri.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutu təqdim edib.
13. Rahib İmamquluyev – “Qeyri-Səlis Məntiq və Süni İntellekt Əsaslı Adaptiv və İzaholunan İdarəetmə Sistemləri: IoT, 6G və Kibertəhlükəsizlik Tətbiqləri” elmi işlər silsiləsi.
Bakı Biznes Universiteti təqdim edib.
14. Tarix Dostiyev – “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” və “Şəmkirin şirli keramikası: forma və məzmunun birləşdiyi mədəniyyət fenomeni” monoqrafiyaları.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu təqdim edib.
15. Vəfaddin İbayev – “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabı.
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi təqdim edib.
II. Memarlıq və mədəniyyət sahəsində
16. Eldar Mikayılzadə – Xalça sənəti sahəsində fəaliyyətinə, xalçaçı rəssam kimi son illərdə yaratdığı əsərlərinə görə (“Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixi).
Mədəniyyət Nazirliyi təqdim edib.
17. Musa İsmayılov (Mərcanlı) – Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı silsilə əsərlər: “Azərbaycan. Yeni Era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş. Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ Yeni sətirdən”, “Şuşa. Zirvədən uca”.
Bakı Dövlət Universiteti təqdim edib.
18. Sakit Məmmədov – “Heydər Əliyev və multikultural dəyərlər” silsilə əsərləri.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təqdim edib.
19. Siyavuş Kərimi – “Nəsimi” operası.
Azərbaycan Teatr Xadimləri İttifaqı təqdim edib.
20. Yusif Eyvazov – ifaçılıq fəaliyyətinə görə.
Azərbaycan Musiqi Xadimləri İttifaqı təqdim edib.
III. Ədəbiyyat sahəsində
21. Kamal Abdulla – “Gizli “Dədə Qorqud” – yeni mənalar axtarışında” kitabı.
Azərbaycan Yazıçılar Birliyi təqdim edib.
Dövlət mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunur ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.
Komissiyanın ünvanı: AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68.
Azərbaycan Respublikasının Nazirlər Kabineti. E-mail: nk@nk.gov.az
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

