Tərtərdə “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” adlı tədbir keçirilib
02.04.2026 [17:15]
Tərtərdə “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir” adlı tədbir keçirilib.
Tədbir YAP Tərtər Rayon Təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsi və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə YAP Tərtər Rayon Təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev çıxış edərək bildirib ki, bu gün biz Azərbaycan xalqının mübarizə tarixində xüsusi yer tutan şanlı bir hadisənin – 2016-cı ilin aprelində baş vermiş Aprel döyüşlərinin 10-cu ildönümünü dərin ehtiramla yad etmək üçün bir araya gəlmişik. Qeyd edildi ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın sarsılmaz iradəsini və torpaq uğrunda canından keçməyə hazır olan igid oğullarımızın qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa etmək əzmindədir.
Bu şanlı Qələbənin təməlində isə güclü siyasi iradə, qətiyyətli rəhbərlik və xalq–ordu birliyi dayanır. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünü və peşəkarlığını ən yüksək səviyyədə nümayiş etdirdi. Onun uzaqgörən siyasəti və qətiyyətli qərarları nəticəsində ordumuz strateji üstünlüklər əldə etdi və düşmənə sarsıdıcı zərbə vurdu.
Cəmi bir neçə gün davam etməsinə baxmayaraq, bu döyüşlər tariximizə qızıl hərflərlə yazıldı. Ordumuzun qazandığı uğurlar, azad edilən strateji yüksəkliklər və yaşayış məntəqələri xalqımızın qələbəyə inamını daha da möhkəmləndirdi. Bu, eyni zamanda gələcək böyük Zəfərin – 2020-ci ildə qazanılan tarixi Qələbənin müjdəçisi oldu.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinin iştirakçısı Ziya Təhməzli, Tərtər Peşə Məktəbinin müdiri Əli Babayev, məktəbin psixoloqu Altunə Bayramova və həmin məktəbin tələbələri Nazlı Qaraşova, Samirə Cəfərova, Kənan Səfiyev, Yusif Hüseynov mövzu ətrafında çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Aprel döyüşləri Azərbaycan xalqının gücünün, birliyinin və vətənə bağlılığının bariz nümunəsidir. Tədbirin sonunda Aprel döyüşlərinə həsr olunmuş sənədli film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxİdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:30
Siyasət
25 May 22:29
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Siyasət
25 May 21:28
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Siyasət
25 May 20:36
Müsahibə
25 May 20:31
Siyasət
25 May 20:27
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Siyasət
25 May 19:56
Siyasət
25 May 19:45
Siyasət
25 May 19:35
Siyasət
25 May 19:34
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Gündəm
25 May 18:39
Gündəm
25 May 18:32
Dünya
25 May 18:30
Gündəm
25 May 17:37
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17

