“Krokus”da terror aktı törədən dörd nəfərə ömürlük həbs cəzası verilib
12.03.2026 [22:58]
İkinci Qərb dairə hərbi məhkəməsi “Krokus” konsert zalında terror aktı törədən dörd nəfəri ömürlük həbs cəzasına məhkum edib.
AZƏRTAC xəbər verir ki, məhkəmə hökmünə görə, onlar cəzalarının ilk 17 ilini həbsxanada keçirəcək, bundan sonra isə maksimum təhlükəsiz cəza koloniyasına göndəriləcəklər.
Dalercon Mirzoyev, Şəmsidin Fariduni, Məhəmmədsobir Fayzov və Səidakram Murodali Raçabalizoda (hamısı Rusiya Federasiyasının terrorçu və ekstremist siyahısına daxil edilib) ömürlük həbs cəzası alıblar. Mirzoyev, Fariduni və Fayzov təqsirkar olduqlarını tam, Raçabalizoda isə qismən etiraf ediblər. Məhkəmə, həmçinin onların hər birinin 990.000 rubl məbləğində cərimə ödəməli olduğuna qərar verib.
Hərbi məhkəmə iş üzrə qalan təqsirləndirilən şəxslər barəsində 19 il 11 aydan ömürlük həbs cəzasına qədər hökm çıxarıb.
Məhkəmənin məlumatına görə, iş üzrə zərərçəkmişlər tərəfindən qaldırılan mülki iddiaların ümumi məbləği 207 milyon rublu keçib. Qurbanların qohumları və zərərçəkənlər mənəvi ziyana görə kompensasiya, eləcə də dəfn, tibbi müalicə və reabilitasiya xərclərinin ödənilməsini tələb edirlər.
Rusiya İstintaq Komitəsi hücumun hazırlanmasında iştirak edən iki təşkilatçı və terror təşkilatının dörd üzvünə qarşı istintaqın davam etdiyini bildirib. Onlar beynəlxalq axtarışa verilib və barələrində qiyabi həbs qətimkan tədbiri seçilib.
Hücum 2024-cü il martın 22-də baş verib. Terror aktı nəticəsində 149 nəfər həlak olub, bir nəfər itkin düşüb, 609 nəfər yaralanıb. Ümumi ziyan təxminən 6 milyard rubl təşkil edir.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

