Qədim insanlar iynələrdən təkcə tikiş üçün istifadə etməyiblər
12.03.2026 [12:46]
Qədim insanların iynə və bizlərdən paltar hazırlamaq üçün istifadə etməsi ilk baxışdan məntiqli və təbii bir hal kimi görünür. Lakin ABŞ alimləri müəyyən ediblər ki, əslində bu alətlər əksər hallarda başqa məqsədlər üçün istifadə olunub. Onlardan tatuaj vurmaqdan tutmuş səbət toxumağa qədər müxtəlif işlərdə istifadə edilib.
AZƏRTAC xəbər verir ki, arxeoloqlar sümükdən hazırlanmış iynə və bizlər tapanda bunu adətən belə izah edirlər: qədim insanlar bu alətlərlə paltar tikiblər. Bu fərziyyə insanlığın dünyaya yayılması ilə bağlı bir çox nəzəriyyələrin əsasını təşkil edir. Hesab olunur ki, məhz isti paltar hazırlamaq bacarığı əcdadlarımıza soyuq iqlimdə yaşamağa və yeni əraziləri mənimsəməyə imkan verib.
Lakin ənənəvi cəmiyyətlər üzərində aparılan etnoqrafik müşahidələr bu fikirlə tam uyğun gəlmir. Bir çox yerli xalqlar sümükdən hazırlanmış uclu alətlərdən yalnız tikmə üçün istifadə etmirlər.
ABŞ-ın Vayominq Universitetinin alimləri arxeoloji abidələrdə tapılan iynələrin hansı məqsədlə istifadə olunduğunu araşdırıblar. Tədqiqatın nəticələri “PLOS One” jurnalında dərc olunub.
Alimlər Şimali Amerikanın müxtəlif iqlim şəraitində yaşayan 59 yerli xalq qrupu üzrə məlumatları təhlil ediblər. Bu qruplar Alyaskanın Arktika səhralarından ABŞ-ın cənub-qərbindəki səhralara qədər geniş ərazilərdə yaşayır. Tədqiqatçılar yüzlərlə etnoqrafik sənədi sistemləşdirərək iynə və bizlərin istifadə olunduğu 1192 halı qeydə alıblar.
Nəticədə bu alətlərin 92 müxtəlif istifadə üsulu müəyyən edilib. Tədqiqatçılar onları iki böyük qrupa bölüblər: soyuqdan qorunma ilə bağlı istifadə və digər məqsədlər.
Soyuqdan qorunma ilə bağlı istifadəyə paltar, ayaqqabı, yorğan və yaşayış yerləri üçün örtüklərin hazırlanması daxildir. Bu məqsədlə istifadə bütün halların yalnız üçdə birini, daha dəqiq desək, 31 faizini təşkil edib. Qalan 69 faiz halda iynə və bizlər soyuqdan qorunma ilə bağlı olmayan işlərdə istifadə olunub.
Alternativ istifadə sahələri arasında ən geniş yayılmışı mərasim və rituallar olub. Bu alətlər bəzən sakral əşya kimi, bəzən də ritual atributlarının hazırlanması üçün istifadə edilib. İynələrdən tatuaj vurmaq üçün də geniş istifadə olunub. Tibbi məqsədlə isə cərrahi tikişlər qoyularkən istifadə edilib.
Bir çox xalqlarda qadınlar bizlərdən səbət və həsir toxumaq üçün istifadə ediblər. Bu alətlər həmçinin yaşayış yerləri və qayıqlar üçün örtüklər hazırlanarkən dərilərin emalında tətbiq olunub.
Bəzi hallarda iynələr mübadilə zamanı əmtəə kimi də istifadə edilib. Hətta balıqçılıq alətlərinin bir hissəsi kimi tətbiq olunduğu da qeydə alınıb.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

