Kür çayına 4 min ədəd çəkikimi balıq körpəsi buraxılıb
11.03.2026 [19:56]
Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində bioloji müxtəlifliyin qorunması və artırılması məqsədilə çəkikimi balıqların çaya buraxılışı həyata keçirilib. Tədbir çərçivəsində çəkisi 50–100 qram aralığında olan 4000 ədəd balıq körpəsi çaya buraxılıb. Balıqlar Mərkəzin tabeliyində fəaliyyət göstərən balıqartırma müəssisələrində yetişdirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Mərkəz tərəfindən daxili su hövzələrində balıq ehtiyatlarının bərpasına yönəlmiş balıq buraxılışı tədbirlərinin mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur. Bu proses su hövzələrinin bioloji balansının qorunmasına və təbii balıq populyasiyalarının gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, mərkəzin direktor müavini Elşən Məcidov, mərkəzin Balıq və su bioresurslarının idarə edilməsi və balıqartırma şöbəsinin müdiri Elşad Əhmədov, Nazirliyin və yerli dövlət aqrar inkişaf mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Balıqların Kür çayına buraxılması bioloji müxtəlifliyin qorunmasına, balıq ehtiyatlarının artırılmasına və çay ekosisteminin bərpasına şərait yaradır.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

