Staqflyasiya Avropa iqtisadiyyatını təhdid edir
10.03.2026 [22:18]
Dünyada davam edən inflyasiya və kövrək iqtisadi artım fonunda Yaxın Şərqdəki münaqişə Avropa iqtisadiyyatı üçün yeni risklər yaradır. Avropa Komissiyası staqflyasiya təhlükəsi barədə xəbərdarlıq edir, mərkəzi banklar isə vəziyyəti diqqətlə izləyir.
AZƏRTAC xəbər verir ki, Yaxın Şərqdəki müharibə staqflyasiya riskini yenidən aktuallaşdırıb.
“Staqflyasiya” termini “stagnasiya” və “inflyasiya” sözlərinin birləşməsindən yaranır. Bu fenomen davamlı yüksək inflyasiyanın zəif və ya dayanıqsız iqtisadi artımla eyni vaxtda baş verməsini ifadə edir.
Belə şəraitdə iqtisadi mexanizm yavaşlayır: qiymətlər artdıqca ev təsərrüfatlarının istehlakı azalır, şirkətlərin satışları və gəlirləri düşür. Nəticədə müəssisələr daha az investisiya edir ki, bu da məşğulluğa və əməkhaqlarına mənfi təsir göstərə bilər. İqtisadçılar bunu bir növ mənfi spiral kimi qiymətləndirirlər.
Avropa Komissiyasının yaydığı xəbərdarlıqda böyük staqflyasiya şoku ehtimalından danışılıb. Bir sıra göstəricilər bu riski təsdiqləsə də, hələlik iqtisadi sistem sabitliyini qoruyur. Ekspertlərə görə, əsas problem münaqişə iki-üç ay və ya daha uzun davam edərsə yarana bilər.
Hazırkı vəziyyət Rusiyanın Ukraynaya müdaxiləsi ilə, yəni 2022-ci ildə yaşanan böhranla tam müqayisə olunmur. Həmin dövrdə neft və qaz qiymətlərinin artımı ilə yanaşı, elektrik enerjisinin qiyməti də kəskin yüksəlmişdi. Bu dəfə isə elektrik qiymətlərində eyni səviyyədə artım müşahidə olunmur və aqrar-ərzaq sektoru da hələlik ciddi təsirlənməyib. Başqa sözlə, staqflyasiya üçün şərtlər mövcuddur, lakin hələlik qığılcım baş verməyib.

Həlledici rol mərkəzi bankların əlindədir
Belə bir ssenarinin qarşısını almaqda əsas rol mərkəzi bankların üzərinə düşür. Avropada bu vəzifəni Avropa Mərkəzi Bankı ABŞ-da isə Federal Ehtiyat Sistemi həyata keçirir. Onların əsas aləti pul siyasətidir: inflyasiyanı ideal hesab edilən təxminən 2% səviyyəsində saxlamaq üçün faiz dərəcələrinin tənzimlənməsi.
Bu proses son dərəcə həssasdır. Əgər inflyasiya sürətlə artarsa, mərkəzi banklar qiymət artımını cilovlamaq üçün faiz dərəcələrini yüksəltməyə məcbur ola bilərlər. Lakin faizlərin artırılması iqtisadi artımı da zəiflədə bilər, çünki kreditlər həm istehlakçılar, həm də şirkətlər üçün daha bahalı olacaq və borclanma yükü artacaq.
Digər tərəfdən, iqtisadiyyatı canlandırmaq məqsədilə faizlərin endirilməsi inflyasiyanın yenidən güclənməsinə səbəb ola bilər. Bu isə qarşısı alınmalı əsas risklərdən biridir.
Beləliklə, mərkəzi banklar hazırda iki seçim arasında qalıblar. Onlar vəziyyəti çox diqqətlə izləyir və hələlik faiz dərəcələrinə toxunmaq niyyətində deyillər. Növbəti addımın nə vaxt atılacağı isə sual olaraq qalır: ilk addımı Federal Ehtiyat Sistemi atacaq, yoxsa Avropa Mərkəzi Bankı? Bunu zaman göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31

