Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xocavənddə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və xanımları evlərində ziyarət olunub

Xocavənddə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və xanımları evlərində ziyarət olunub

09.03.2026 [15:26]

8 mart 2026-ci il tarixdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə YAP Xocavənd Rayon Təşkilatı və Xocavənd rayon İcra Hakimiyyəti əməkdaşları Vətən müharibəsində şəhid olan qəhrəman övladlarımızın ailələrini ziyarət edib, şəhid analarına və xanımlarına bayram təbriklərini çatdırıblar.

Şəhid ailələrinin ziyarəti zamanı Şəhidlərimizin xalqımızın qəlbində daim yaşayacağı və gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.

Bildirilib ki, ölkə başçısı tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı bu gün Xocavənd rayonunda da davam etdirilir.

Şəhid anaları və xanımları onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31