İsveçdə uşaqların yardım üçün müraciətlərinin sayı artıb
10.03.2026 [11:58]
İsveçdə “Bris” uşaqların hüquqlarının müdafiəsi təşkilatı zorakılıq halları ilə bağlı müraciətlərin artdığını bildirib.
AZƏRTAC xəbər verir ki, təşkilatın illik hesabatına görə, 2025-ci ildə uşaqlarla 62 min 935 dəstək söhbəti aparılıb.
Müraciətlərin ən çox rast gəlinən səbəbləri yenə də psixi sağlamlıq problemləri, ailə münaqişələri və valideynlərlə münasibətlərdəki çətinliklərdir. Bununla yanaşı, yeni hesabatda ailədaxili zorakılıq, uşaqlara qayğının yetərsizliyi və iqtisadi çətinlik məsələlərinə xüsusi diqqət yetirilib.
“Zorakılıq mövzusu ilə bağlı söhbətlərin sayı artıb. İqtisadi çətinliklər müraciətlərin ən geniş yayılmış səbəbi olmasa da, həftədə demək olar ki, beş zəng bununla bağlıdır”, – deyə “Bris” təşkilatından bildirilib.
Uşaqlar maliyyə problemləri ilə bağlı “Bris” təşkilatına müraciət etdikdə, çox vaxt söhbət evlərini itirmək qorxusundan və ya öyrəşdikləri sosial mühitdən, məsələn, dostlarının da qatıldığı idman məşğələlərindən məhrum olmaq narahatlığından gedir.
Təşkilatın məlumatına görə, ötən il zorakılıq, sui-istifadə və alçaldılma halları ilə bağlı təxminən 10 min söhbət aparılıb, uşaqlar isə fiziki zorakılıq barədə isə orta hesabla gündə doqquz dəfədən çox məlumat veriblər. Mütəxəssislərin sözlərinə görə, zorakılıq halları daha çox valideynlər və ya ögey ata və analar tərəfindən törədilir.
“Bris” təşkilatından həmçinin qeyd edirlər ki, bəzi uşaqlar maliyyə çətinlikləri ilə üzləşir və ailələrinə kömək etməyə çalışırlar. Məsələn, onlar tətil və həftəsonları işləyir və ya kiçik bacı-qardaşlarına baxırlar. Ayrı-ayrı hallarda uşaqlar pul əldə etməyin qanunsuz yolları barədə də məlumat verirlər.
Təşkilatın ekspertləri vurğulayırlar ki, uşaqların çoxu vaxtında dəstək almır və bu səbəndən cəmiyyəti onların müdafiəsi və rifahına daha çox diqqət yetirməyə çağırırlar.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

