Son illərdə aviaşirkət pilotları artan risklərlə üzləşirlər
10.03.2026 [11:25]
Son illərdə aviaşirkət pilotları artan risklərlə üzləşirlər — pilotsuz uçuş aparatları, münaqişələr səbəbindən dəyişdirilən uçuş marşrutları və regional gərginliklər bu riskləri artırır. İndi isə ABŞ və İsrailin İranla müharibəsi hava məkanını daha da təhlükəli edir və bu bölgələrdə uçuş həyata keçirən pilotlar üzərində təzyiqi gücləndirir.
AZƏRTAC xəbər verir ki, Yaxın Şərqdə müharibənin başlanması nəticəsində dünyanın ən yüklü hava limanlarının üzərində yüzlərlə ballistik raket və zərbə tipli pilotsuz uçuş aparatları (PUA) buraxılıb. Tehranın ABŞ və müttəfiqlərinə qarşı cavab tədbirlərinə hava limanlarına zərbələr də daxil olub ki, bu da Dubaydan Əbu-Dabiyə çoxsaylı reyslərin ləğvinə səbəb olub. Az sayda xilasetmə reysi isə minlərlə sərnişini çıxarmağa müvəffəq olub.
“Reuters” agentliyinin məlumatına görə, aviaşirkətlərin pilotları bildirirlər ki, münaqişələrin artması onların üzərinə düşən yükü daha da artırır və onları getdikcə daralan hava məkanında uçuşu idarə etməyə məcbur edir. Bu isə pilotların psixoloji gərginliyini artırır.
Yaxın Şərq üzrə təcrübəsi olan pilot və Avropa Pilotlar Assosiasiyasının prezidenti Tanya Harter “Biz hərbi pilot deyilik. Havada bu cür təhdidlərə qarşı mübarizə aparmaq üçün təlim keçməmişik” – deyə bildirib.
Ekspertlər qeyd edirlər ki, son iki il yarımda münaqişələrin artması, GPS siqnallarının saxtalaşdırılması və raketlərlə PUA-ların çoxalması hava məkanının təhlükəsizliyini pisləşdirib. Livan Mülki Aviasiya İdarəsinin baş direktoru kapitan Məhəmməd Əziz əlavə edib ki, Yaxın Şərqdə pilotlar əvvəldən gözlənilməz vəziyyətlərdə və fövqəladə hallarda fəaliyyət göstərmək üçün hazırlanırlar. “Heç kim hava limanının bombalanmayacağına zəmanət verə bilməz”, – deyə o bildirib.
Risklər yalnız Yaxın Şərqlə məhdudlaşmır. Rusiya–Ukrayna müharibəsindən sonra PUA-lar hər iki tərəf üçün əsas silahlardan birinə çevrilib. Stokholm və Münhen də daxil olmaqla Avropanın bir sıra hava limanları dronların yaratdığı fasilələrlə üzləşib.
Danimarka Aviaşirkət Pilotları Assosiasiyasının rəhbəri, mülki aviasiya kapitanı Kristian fon D’Ahe bildirib ki, dronları aşkar etmək çətindir, çünki onlar çox kiçikdir: “Buna görə də gec-tez nəsə baş verəcək”.
Pilotsuz uçuş aparatlarına qarşı texnologiyalar istehsal edən “Dedrone” şirkəti qeyd edir ki, 2025-ci ildə ABŞ-da dron istifadəsi ilə bağlı 1,2 milyondan çox pozuntu qeydə alınıb və yaxın illərdə onların sayının artacağı gözlənilir. Hava limanları dronları radarlardan, tezlik sensorlarından və radioelektron vasitələrdən istifadə edərək izləyə bilər, bəziləri isə onların kursunu dəyişdirə bilir. Lakin təhlükəsizlik qaydaları hava limanlarına dronları vurmağa imkan vermir.
Xəbər lenti
Hamısına baxİdman
27 Mart 11:26
Dünya
27 Mart 10:51
Dünya
27 Mart 10:14
Dünya
27 Mart 09:42
Dünya
27 Mart 09:20
Xəbər lenti
27 Mart 09:17
Dünya
27 Mart 08:56
Xəbər lenti
27 Mart 01:25
Dünya
26 Mart 23:35
Dünya
26 Mart 22:19
Hadisə
26 Mart 21:39
Dünya
26 Mart 20:17
Dünya
26 Mart 19:25
Dünya
26 Mart 18:42
Sosial
26 Mart 17:19
Dünya
26 Mart 16:20
Gündəm
26 Mart 16:04
Gündəm
26 Mart 16:02
Dünya
26 Mart 15:41
Analitik
26 Mart 15:30
Dünya
26 Mart 14:25
Dünya
26 Mart 13:28
Dünya
26 Mart 12:31
Gündəm
26 Mart 11:33
Dünya
26 Mart 11:25
Dünya
26 Mart 11:07
İdman
26 Mart 10:39
Dünya
26 Mart 10:12
Elm
26 Mart 09:45
Dünya
26 Mart 09:17
Dünya
26 Mart 08:50
İdman
26 Mart 08:31
Dünya
25 Mart 23:19
Dünya
25 Mart 22:26
Dünya
25 Mart 21:32
Dünya
25 Mart 20:26
Dünya
25 Mart 19:34
Dünya
25 Mart 18:11
Dünya
25 Mart 17:40
Sosial
25 Mart 17:15
Sosial
25 Mart 16:29
Dünya
25 Mart 15:16
Sosial
25 Mart 15:14
Dünya
25 Mart 14:31
Dünya
25 Mart 13:22
Gündəm
25 Mart 12:44
Sosial
25 Mart 12:40
İqtisadiyyat
25 Mart 12:17
Dünya
25 Mart 11:39
Gündəm
25 Mart 11:16
Dünya
25 Mart 10:53
İdman
25 Mart 10:25
Dünya
25 Mart 09:40
Dünya
25 Mart 09:12
Hadisə
25 Mart 08:52
Sosial
25 Mart 08:37
Dünya
24 Mart 23:34
Dünya
24 Mart 22:19
Dünya
24 Mart 21:32
Dünya
24 Mart 20:25
Hadisə
24 Mart 19:32
Xəbər lenti
24 Mart 18:19
Dünya
24 Mart 17:30
Dünya
24 Mart 16:41
Dünya
24 Mart 15:22
Xəbər lenti
24 Mart 14:59
Dünya
24 Mart 14:32
Dünya
24 Mart 13:40
Dünya
24 Mart 13:15
Dünya
24 Mart 12:47

