Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dünya ölkələri və beynəlxalq təşkilatlar Xocalı soyqırımının qurbanlarını anıblar

Dünya ölkələri və beynəlxalq təşkilatlar Xocalı soyqırımının qurbanlarını anıblar

27.02.2026 [12:10]

Fevralın 26-da Xocalı soyqırımının 34-cü ildönümü tamam oldu. Bununla əlaqədar müxtəlif beynəlxalq təşkilatlar, ölkəmizdəki səfirliklər Azərbaycan xalqına başsağlığı veriblər. 

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyinin Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanatında 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində törədilən soyqırımının 34-cü ildönümü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanın həlak olanların xatirəsini ehtiramla yad etdiyi bildirilir. Baş katib Xocalı hadisəsinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsi olduğunu bir daha vurğulayıb. O, 2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvə Toplantısının 12-ci sessiyasında qəbul edilmiş Qahirə Yekun Bəyannaməsinə (117-ci bənd) və 2025-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik haqqında” 46/51-POL saylı Qətnaməyə istinad edib, işğal olunmuş Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi vəhşilikləri müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımı kimi qiymətləndirib.

BMT-nin Azərbaycandakı Missiyası da Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə paylaşım edib. Bu barədə qurumun “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib: “Xocalı faciəsinin qurbanlarının xatirəsini dərin hörmətlə yad edirik. Belə faciələrin bir daha təkrarlanmaması üçün bütün səylər göstərilməlidir. Davamlı sülh yalnız dialoq və barışma yolu ilə əldə edilə bilər”.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi də Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziçin “X” sosial şəbəkəsində “Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Xocalı faciəsi zamanı həlak olmuş günahsız qurbanların - qadınların, kişilərin, uşaqların və yaşlıların xatirəsini yad edir. Nümayəndəlik qəlbdən başsağlığı verir, barışığın və dayanıqlı sülhün bərqərar olunmasının vacibliyini vurğulayır”, - yazıb.

Qardaş Türkiyənin Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar başsağlığı mesajı yayımlayıb. Mesaj günün xatirəsinə xüsusi hazırlanan tanıtım fotosu ilə paylaşılıb. Paylaşımda bildirilib: “1992-ci il fevralın 26-da Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızın əziz xatirəsini hörmət və ehtiramla anır, Can Azərbaycanın ağrısını daim qəlbimizdə hiss edirik”.

Pakistanın ölkəmizdəki səfiri Qasım Mohiuddin isə İslamabadın Azərbaycan xalqı ilə birlikdə Xocalı faciəsinin qurbanlarının xatirəsini yad etdiyini bəyan edib: “Bu gün biz qardaş Azərbaycan xalqı ilə birlikdə Xocalı soyqırımının bütün günahsız qurbanlarının xatirəsini ehtiramla anırıq”.

İsrailin ölkəmizdəki səfirliyi də Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib: “Səfirlik adından Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. Həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad edir və zərər çəkmiş hər kəsə ən dərin rəğbətimizi bildiririk. Qurbanların xatirəsi daim yaşasın və sülh ilə qarşılıqlı anlaşma qalib gəlsin”.

ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial media paylaşımında isə bildirilir: “Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq. ABŞ səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq”.

İtaliyanın Bakıdakı səfirliyi də Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar başsağlığı verib: “1992-ci il Xocalı faciəsi qurbanlarının xatirəsini yad edərək hüznünüzü bölüşürük”.

Bundan əlavə, Xorvatiya, Fransa və Slovakiyanın ölkəmizdəki səfirlikləri Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar paylaşım edib. Bu barədə diplomatik missiyaların sosial şəbəkələrdəki hesabında bildirilib.

Fransa səfirliyinin paylaşımında qeyd olunub: “Bu gün biz Azərbaycan xalqı ilə birlikdə Xocalı qurbanlarının xatirəsini yad edirik”.

Xorvatiyanın səfirliyinin paylaşımında bildirilib: “Bu gün biz dərin kədər hissi ilə Xocalı soyqırımı qurbanlarını xatırlayırıq və o faciəli gecədə yaxınlarını itirənlərə başsağlığı veririk”.

Slovakiyanın Bakıdakı səfirliyi də Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Almaniyanın, Yaponiyanın və Niderlandın Azərbaycandakı səfirlikləri faciə ilə bağlı sosial media hesablarında ediblər. Belə ki, Almaniya səfirliyinin paylaşımında qeyd edilib: “Biz 34 il əvvəl Xocalıda həlak olanların xatirəsini hörmətlə yad edirik”. Yaponiya səfirliyindən bildirilib: “Bu gün Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar qurbanların xatirəsini yad edirik. Yaponiya hökuməti bütün soyqırımlara qarşı çıxır!”.

Niderland səfirliyinin paylaşımında isə qeyd olunub: “Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1992-ci ildə Xocalıda həlak olan bütün insanların xatirəsini anırıq”.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 38 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

10-cu görüş

26 Fevral 10:49

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28