Ağcabədidə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26.02.2026 [12:33]
Fevral ayının 25-də YAP Ağcabədi rayon təşkilatı və Ağcabədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirmişdir.
Tədbirdə ƏPT sədrləri, YAP fəalları, Xocalı sakinləri, Şəhid ailələrinin üzvləri, müəssisə və təşkilatların, rayon ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, Xoclı soyqırımı qurbanlarının, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbir Xocalı soyqırımından bəhs edən qısametrajlı filmin nümayişi ilə başladı.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov qeyd etdi ki, Azərbaycan xalqının tarixində ən dəhşətli faciələr içərisində Xocalı soyqırımı ayrıca yer tutur: Xocalı faciəsi eyni zamanda bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Qocaların, uşaqların, qadınların ən qəddar şəkildə qətlə yetirilməsi, öldürülən insanların meyitlərinin üzərində təhqiramiz hərəkətlərin edilməsi ondan xəbər verir ki, bu bəşəriyyətə qarşı çevrilmiş bir vəhşilik, cinayət idi.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmışdı. 1994-cü ilin fevralında isə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.
44 günlük Vətən müharibəsi zamanı Xocalının bir neçə kəndinin düşməndən azad edilməsi ilə başlayan bu salnamə 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri zamanı Xocalının və bütün kəndlərinin tam işğaldan azad olunması ilə yekunlaşdı.
Uzun illər “Xocalıya ədalətə” gözünü və qulağını qapadanlar Azərbaycan əsgərinin Xocalıdakı ayaq səslərindən bunu duymalı oldular. Azərbaycan xalqı, Prezident, Ali Baş Komandan İlham Əliyev, Azərbaycan Ordusu Xocalının qisasını aldı, Xocalıya ədaləti bərpa etdi.
Bu gün işğaldan azad edilmiş Xocalı da yenidən dirçəlir, müasir infrastruktur yaradılır, yollar salınır, yaşayış binaları, sosial obyektlər tikilir. Xocalıya qayıdış tarixi ədalətin bərpası, sosial-iqtisadi dirçəliş və milli yaddaşın yenidən oyanışı üçün xüsusi əhəmiyyət kəsb edir.
Ağcabədi RİHB-in müavini Vüsalə Məmmədova çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, əsrlər boyu keçdiyi mübarizə və azadlıq yolu olduğunu deyib. Natiq vurğulayıb ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşub.
Tədbir iştirakçılarından Şəhid Camal İbrahimovun bacısı Nüşabə İbrahimova, şəhər 9 saylı tam orta məktəbin müəllimi Aynur Cəfərova, Ağcabədi Pedoqoji Kollecinin tələbəsi Tünzalə Həsənova, Xocalı sakini Cəmil Rəhimov və rayon ictimaiyyətinin nümayəndəsi Aidə Abışova çıxışlarında soyqırım zamanı bir gecə ərzində aralarında uşaqlar, qadınlar və yaşlılar olmaqla günahsız insanların Ermənistan hərbçiləri tərəfindən amansızlıqla qətlə yetirildiyini qeyd edərək Xocalı faciəsini bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biri kimi səciyyələndirdilər.
Sonda Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri və Ağcabədi şəhər 4 nömrəli uşaq bağçasınının uşaqlarının ifasında Xocalı soyqırımına həsr olunmuş şerlər səsləndirilir.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatdı.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34

