Göygöldə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla anılıb
26.02.2026 [16:16]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 34-ci ildönümü münasibəti ilə “Unutmadıq; Xocalı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Təhsil sektorunun, Mədəniyyət sektorunun, Gənclər və İdman sektorunun, Gənclər Evinin əməkdaşları, Şəhid ailələri və qazilər iştirak edib.
İlk öncə Xocalı faciəsinə dair məktəblilərin əl işlərindən ibarət olan sərgiyə baxış keçirilib, faciəyə həsr olunmuş şeirlər səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Üçtəpə kənd orta məktəbinin direktoru Hökmran Qocayev, Heydər Əliyev Mərkəzinin əməkdaşı Arzu İbrahimova, Gənclər və İdman sektorunun əməkdaşı İqbal Musazadə çıxış ediblər. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilən soyqırımı tariximizin ən dəhşətli və faciəli səhifələrindən biridir, bu hadisə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlardan heç vaxt silinməyəcək.
Natiqlər qeyd ediblər ki, görünməmiş qəddarlıqla törədilən bu faciə illər boyu xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı mərhələsi olub. Vurğulanıb ki, Xocalı faciəsinə ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilib və 1994-cü il fevralın 24-də Milli Məclis tərəfindən “Xocalı soyqırımı günü haqqında” qərar qəbul olunub. Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin və birinci Vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi missiyadan danışılmış, Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya Ədalət” Beynəlxalq təbliğat-təşviqat kompaniyasının Xocalı soyqırımının beynəlxalq cinayət olaraq dünyaya çatdırılmasında böyük rolunun olduğunu qeyd olunmuşdur.
Çıxış və nitqlərdə faciədən 34 il keçməsinə baxmayaraq, xalqımızın bu günü dərin hüznlə və ağrı hissi ilə xatırladığı, eyni zamanda hər bir vətəndaşın qalib xalqın nümayəndəsi olaraq əldə olunan uğurlarla fəxr etdiyi, müasir və müstəqil Azərbaycanın regionda və dünyada artan nüfuzu xüsusi vurğulanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45

