Sosial şəbəkələr: Ailə dağıdır, ya ünsiyyət yaradır?
26.02.2026 [08:34]
Necə istifadə etməli?
Sosial şəbəkələr həyatımıza sürətlə daxil olub, gündəlik ritmimizi dəyişib. Bir vaxtlar axşam ailə söhbətlərinə ayrılan saatlar, ailə üzvləri ilə eyni masa arxasında toplaşıb səmimi ünsiyyət qurulan anlar indi telefon ekranlarının işığına qarışıb. Eyni masada oturan insanlar fərqli dünyalarda yaşayır, fiziki olaraq yan-yana, amma mənəvi olaraq bir-birilərindən kilometrlərlə uzaqdadırlar. Ünsiyyət zəifləyir, diqqət bölünür, emosional məsafə yaranır.
Sosial mediada hər şey parlaqdır, filtrdən keçib, ideal görünür. Başqasının gülümsəyən ailə fotosu, sürpriz hədiyyələr, romantik səyahətlər - bu kimi paylaşımlar sosial şəbəkələrdə çoxluq təşkil edir. Bəziləri fərqinə varmadan öz həyatını bu kadrlarla müqayisə etməyə başlayır. Həyat yoldaşı artıq real insan yox, sosial mediada gördüyü “ideal” obrazlarla müqayisə obyektinə çevrilir.
Psixoloqların fikrincə, bu vəziyyət ailədaxili münasibətlərdə gərginliyə, narazılıqlara və emosional uzaqlığa səbəb ola bilər. Münasibətlərdə baş verən kiçik narazılıqlar böyüyərək ciddi problemlərə çevrilir, narazılıq toxumları səpir. Çünki insanlar artıq bir-birlərini olduğu kimi deyil, “ideal” versiyalarına görə qiymətləndirirlər. Hətta psixoloqlar sosial şəbəkələrin ailələrin dağılmasına səbəb olduğunu da vurğulayırlar.
Şüur altında ciddi travmalar yaranır
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən psixoloq Aytən Ələkbərova bildirib ki, digər ölkələrlə müqayisədə sosial şəbəkələrdən ən çox istifadə edən toplumuq. Onun sözlərinə görə, sosial şəbəkələr nəinki, gənclər, yeniyetmələr, ümumiyyətlə, bütün yaş kateqoriyası üçün xoşagəlməyən hallar yarada bilir: “Məlumdur ki, hazırki dövrdə insanlar informasiyanı daha çox sosial şəbəkələrdən alırlar. Sosial şəbəkələrdən həddindən artıq istifadə edən kütlə də var. Əslində, bu kütlə sosial şəbəkələrin bizi necə məhv etməsindən, lakin bundan xəbərsiz olduğumuzu hiss etmir. Bir var sadəcə, sosial şəbəkə istifadəçisi, bir də var aludəçisi olmaq. Bunların fərqi çoxdur, insanlar bunu analiz eləməlidir. Ümumiyyətlə, ailə üzvləri buna çox diqqət yetirməlidilər. Məsələn, ailə üzvünün birinin sosial şəbəkədən həddindən artıq asılılığı varsa, digəri ona zorla, psixoloji şiddətlə deyil, müəyyən korreksiya ilə müdaxilə etməlidir. Müdaxilə olmasa belə asılılıqlar əlbəttə ki, daha çox artır və bundan əlavə, onun verdiyi fəsadlar ümumiyyətlə, insanların şüur altında ciddi travmalar yaranır”.
Balans saxlamaq vacibdir
A.Ələkbərova qeyd edib ki, sosial şəbəkələrin ən çox zərər verdiyi amil məhz ailədaxili münasibətlərdir: “Sosial şəbəkələr ailə münasibətlərində ciddi problemlər yaradır. Bu, bir həqiqətdir. İnsanlar çox vaxt ekran qarşısında vaxt keçirərək bir-biri ilə ünsiyyət imkanlarını məhdudlaşdırır, bu da emosional bağların zəifləməsinə səbəb olur. Həmçinin, müqayisə və rəqabət hissi, gizli və ya açıq konfliktlər, valideyn-uşaq münasibətlərində anlaşılmazlıqlar kimi halların artmasına gətirib çıxara bilər. Ən önəmlisi ailə üzvlərinin diqqətini və zamanını bir-birinə ayırması azalır, bu isə ailə harmoniyasını poza bilər. Sosial şəbəkələrdən istifadədə balans saxlamaq və real ünsiyyətə önəm vermək vacibdir”.
Qabaqlayıcı tədbir görmək lazımdır
Psixoloq bildirib ki, ailə mövcuddursa, orada problem də ola bilər, narahatlıq da: “Bəzən ailədə tərəflərdən biri boşluğunu doldurmaq üçün sosial mediada vaxt keçirməyə başlayır, orada kiminləsə yazışır, söhbət edir. Biri var işgüzar söhbət, biri var mənəvi. Nəticədə emosional bağlılıq yaranır. İnsan özünü qarşı tərəfə borclu hesab edir, onun üçün yaxşı olmağa, onunla ünsiyyətdə olmağa çalışır, onsuz darıxır. Və bütün bunlar zaman keçdikcə ailədaxili münaqişələr, konfliktlər yaratmağa başlayır. Sosial şəbəkələr bu işdə insanları təhrik edir, ailə daxili münasibətlərin pozulmasına rəvac verən funksiyanın yerinə yetirir. İnsanlar, xüsusən də ailələr diqqətli olmalı, qabaqlayıcı tədbir görmək lazımdır. Söhbət ailədən gedirsə, mövcud problemin həlli yollarından biri sosial şəbəkələrin, mobil telefonların şifrəsi olur. Bu şifrəni həyat yoldaşlarının bilməsi vacibdir. Ən azından bu, tərəflər arasında məsuliyyət, güvən yaradacaq. Yox, əgər kiminsə xislətində xəyanət etmək varsa, o başqa adla sosial şəbəkədə qeydiyyatdan keçəcək və məqsədinə çatacaq. Ümumi problemdən danışırıqsa, ailədaxili münasibətlər şəffaf olmalıdır və tərəflərin bir-birinin qarşısında öhdəliyi olmalıdır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

