İran ABŞ Prezidentinin iddialarını təkzib edib
25.02.2026 [21:13]
İran rəsmisi çərşənbə günü Tehranın Amerikaya zərbə endirə biləcək raketlər hazırladığı barədə ABŞ Prezidenti Donald Trampın iddialarını təkzib edib.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, ABŞ lideri çərşənbə axşamı günü Konqresdə xalqa müraciətində Tehranı “pis nüvə ambisiyalarında” günahlandırıb. O iddia edib ki, İran artıq Avropanı və ABŞ-nin xaricdəki hərbi bazalarını təhdid edə biləcək raketlər hazırlayıb və tezliklə Amerika Birləşmiş Ştatlarına çatacaq raketlər əldə etmək üzərində işləyir.
ABŞ Prezidentinin iddialarını şərh edən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai çərşənbə günü Trampın adını çəkmədən bu iddiaları təkzib edib. O, “X” platformasında qeyd edib: “İranın nüvə proqramı, ballistik raketləri və yanvar ayındakı iğtişaşlar zamanı baş verən itkilərlə bağlı iddialar “böyük yalanların” təkrarıdır”.
İranın xarici işlər naziri Abbas Araqçi Donald Trampın çıxışından bir neçə saat əvvəl hərbi toqquşmanın qarşısını almaq üçün razılaşmanın əldə edilə biləcəyini bəyan edib. O, sosial media paylaşımında bildirib ki, qarşılıqlı narahatlıqları aradan qaldıran və qarşılıqlı maraqları təmin edən misli görünməmiş bir razılaşma əldə etmək üçün tarixi fürsət var. “Razılaşma əlçatandır, ancaq yalnız diplomatiyaya üstünlük verildiyi təqdirdə mümkündür”, -deyə iranlı nazir vurğulayıb.
Araqçi İranın heç bir halda nüvə silahı hazırlamayacağına söz verib, lakin ölkənin dinc nüvə texnologiyasından istifadə etmək hüququnda israr edib.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42

