Diplomatik təşəbbüslər artsa da, döyüşlər səngimir
26.02.2026 [08:52]
4 il davam edən Rusiya-Ukrayna müharibəsində hər iki tərəf böyük itkilər verib
Rusiya-Ukrayna müharibəsinin başlamasından 4 il ötdü. Son zamanlar tərəflər arasında döyüşlər səngiməsə də, müharibənin dayandırılması üçün diplomatik təşəbbüslər artıb. ABŞ-ın vasitəçilik təşəbbüsləri fonunda BMT Baş Assambleyası “Ukraynada davamlı sülhün dəstəklənməsi” adlı qətnamə qəbul edib. Qətnamə Rusiya-Ukrayna müharibəsinin 4-cü ildönümü ilə əlaqədar iclasda qəbul olunub.
BMT-də səsvermə: 107 ölkə lehinə, 12 ölkə əleyhinə
107 ölkə qətnamənin lehinə, 12 ölkə əleyhinə səs verib, 51 ölkə bitərəf qalıb. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsində BMT Baş Assambleyasının Ukraynanın təşəbbüsü ilə “Ukraynada dayanıqlı sülhün dəstəklənməsi” qətnaməsinin qəbul edilməsini alqışladığını yazıb. Onun sözlərinə görə, həlledici məqamlarda beynəlxalq ictimaiyyət öz mövqeyində vahid və dəqiq olmalıdır: “Bu gün o, bunu sübut etdi. Bizim üçün bu, sadəcə növbəti səsvermə deyil. Bu, Ukraynanın tək olmadığının və BMT Nizamnaməsinin prinsiplərinin hələ də əhəmiyyət kəsb etdiyinin təsdiqidir”. XİN başçısı qeyd edib ki, Ukrayna beynəlxalq hüquqa uyğun olaraq hərtərəfli, ədalətli və dayanıqlı sülhə nail olmaq üçün qətiyyətlə və ardıcıl hərəkət etmək niyyətindədir.
Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının iclasında da bu münaqişə müzakirə olunub. Müzakirələr zamanı Ukrayna xarici işlər nazirinin müavini Maryana Betsa Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ilə onun milliyyəti ilə bağlı mübahisə edib. “Faktiki olaraq, mən ukraynalıyam və mənim çox qəribə soyadım var. Slavyanlar bilirlər: hətta Ukraynada belə tapmaq çətindir. O, Zaporojye kazaklarındandır. Atam əsl ukraynalıdır, anam da kazakdır. Səndən daha çox, xanım Betsa”, - deyə Nebenzya bəyan edib.
Diplomat sərhədin hər iki tərəfində milyonlarla insanın yaşadığını qeyd edərək, onun üçün ruslarla ukraynalılar arasında heç bir fərq olmadığını vurğulayıb. O, 1941-ci ildə bir ukraynalı olaraq Leninqradı müdafiə etmək üçün cəbhəyə könüllü gedən atasının hekayəsini danışıb. Döyüşlərin davam etməsi ilə bağlı danışan V.Nebenzya bildirib ki, münaqişə dörd ildir davam edir və o, insan itkisindən məmnun deyil.
Buna cavab olaraq, Maryana Betsa deyib ki, Vasili Nebenzya “ukraynalı deyil”. Eyni zamanda, o, rusların və ukraynalıların bir xalq olması fikrini qəti şəkildə rədd edib. Diplomatın sözlərinə görə, ruslar və ukraynalılar fərqli kimliklərə və tarixi təcrübələrə malik ayrı millətlərdir.
G7-nin bəyanatında Kiyevə dəstək ifadə olunub
Yeri gəlmişkən, G7 ölkələrinin liderləri Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar. Bəyanatda liderlər Ukraynanın ərazi bütövlüyünü və mövcudluq hüququnu, eləcə də onun azadlığını, suverenliyini və müstəqilliyini müdafiə etmək istiqamətində sarsılmaz dəstəklərini bir daha təsdiqləyiblər. Bundan başqa, sülh prosesinin başlanması və tərəflərin birbaşa danışıqlara cəlb ilə bu məqsədlərə nail olmaq üçün ABŞ Prezidentinin səylərinə davamlı dəstək ifadə olunub. Bu prosesdə Avropanın digər tərəfdaşlarla birlikdə aparıcı rol oynamasının vacibliyi qeyd edilib. Eyni zamanda, Ukraynaya güclü və etibarlı təhlükəsizlik təminatlarının verilməsi məqsədilə “İstəklilər Koalisiyası” çərçivəsində götürülmüş öhdəliklərə də dəstək ifadə olunub. Ukrayna və Rusiyanın səmimi və vicdanlı danışıqlar aparmaqla sülh sazişinə nail ola biləcəkləri xüsusi vurğulanıb.
Bəyanatda, həmçinin G7 üzvləri və digər tərəfdaşlar tərəfindən Ukraynaya qış mövsümündə göstərilən əhəmiyyətli maliyyə və digər yardımlar alqışlanıb. Son həftələrdə əlavə elektrik enerjisi istehsal güclərinin səfərbər edildiyi, digər kritik avadanlıqların təmin olunduğu vurğulanıb, yanvardan etibarən G7 ölkələrindən Ukraynaya 2500-dən çox generator və transformatorlar, turbinlər və digər avadanlığın göndərildiyi bildirilib. Bundan əlavə, Ukraynanın Enerji Dəstək Fonduna 500 milyon avrodan çox yeni vəsaitin ayrılması öhdəliyinin götürüldüyü diqqətə çatdırılıb.
G7 ölkələrinin liderləri nüvə təhlükəsizliyinin təmin edilməsi istiqamətində sıx əməkdaşlıq etməyə sadiq olduqlarını vurğulayaraq, bu çərçivədə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Ukraynanın birlikdə Çernobıl qoruyucu örtüyünün mümkün olan ən qısa müddətdə bərpası üçün vəsaitin toplanmasının təşviqini, bütün qitə üçün ciddi humanitar və ekoloji nəticələrə səbəb ola biləcək hər hansı radioloji insidentin qarşısının alınmasını dəstəklədiklərini bildiriblər.
Zelenski ABŞ-ın Rusiyaya güclü təzyiq etməsini istəyir
Bundan əlavə, bəyanatda ukraynalı uşaqların ailələrinə və icmaların dərhal, təhlükəsiz və qeyd-şərtsiz qaytarılmasını təmin etməyə yönəlmiş təşəbbüslərin dəstəkləndiyi, Ukraynalı Uşaqların Qayıdışı üzrə Beynəlxalq Koalisiyanın fəaliyyətinin yüksək qiymətləndirildiyi qeyd olunub, Ukrayna əhalisinə humanitar yardımın və dəstəyin davam etdiriləcəyi vurğulanıb.
Hazırda ABŞ müharibəyə tezliklə son qoyulması üçün təşəbbüslər göstərsə də, bu təşəbbülər Kiyevi tam qane etmir. Prezident Volodimir Zelenski hesab edir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiyaya kifayət qədər təzyiq göstərmir. O, CNN-ə müsahibəsində deyib ki, Vaşinqtonun müharibəyə son qoymaq üçün Rusiyaya təzyiqi artırmasının vaxtıdır. Trampın Rusiya Prezidenti Vladimir Putinə kifayət qədər təzyiq göstərdiyinə inanması sualına Ukrayna Prezidenti “xeyr” cavabını verib.
Ukrayna lideri amerikalılar haqqında deyib: “Mən onların bizim tərəfimizdə qalmasını istəyirəm”. O, ABŞ-ın münaqişənin həlli üçün çox böyük və vacib güc olduğunu bəyan edib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

