İlk dəfə Çində...
27.02.2026 [10:17]
Almaniya kanslerinin Pekin səfəri: İqtisadi əməkdaşlıq, yoxsa ABŞ-a “açıq məktub”?
Almaniyan kansleri Fridrix Mertsin hökumət başçısı kimi Çinə ilk səfəri reallaşdı. Səfər qlobal media məkanında və siyasi platformalarda maraqla izləndi - səbəb isə çoxdur. Belə ki, Mertsin Pekini ziyarət etməsi ikitərəfli diplomatik hadisə olmaqla yanaşı, həm də qlobal iqtisadi-siyasi balansın yenidən formalaşdığı bir mərhələdə verilmiş mühüm mesaj kimi dəyərləndirilir. Bu gün dünyada əsas iqtisadi güc mərkəzləri arasında rəqabət daha çox ABŞ və Çin arasında diqqət mərkəzinə gəlir - “köhnə qitə” sanki bu yarışda daha çox hansı cəbhələrdə yer alacağı gözləntisi ilə müşahidə edilir. Belə bir şəraitdə Avropanın, xüsusilə də onun aparıcı iqtisadi gücü olan Almaniyanın tutduğu mövqe xüsusilə maraq doğurur.
Almaniya iqtisadiyyatı artıq uzun illərdir ki, transatlantik əməkdaşlıq çərçivəsində ABŞ ilə sıx inteqrasiya olunmuş model üzərində qurulub. Məhz bu reallıq Berlini geosiyasi seçim qarşısında deyil, daha çox balans siyasəti aparmaq zərurəti ilə üz-üzə qoyur. Bu baxımdan Mertsin səfərinin tonu qarşıdurmadan çox praqmatik əməkdaşlıq mesajları üzərində qurulmuşdu - görünən budur ki, Almaniya qlobal rəqabətin sərt xəttinə qoşulmaqdan daha çox, iqtisadi maraqlarını qorumağa, riskləri diversifikasiya etməyə və eyni zamanda strateji sabitliyi saxlamağa çalışır. Mövcud şəraitdə bu yanaşma Berlinin daha təmkinli və çoxvektorlu xətt seçdiyini nümayiş etdirir.
Qeyd edək ki, Merts ABŞ prezidentinin tarif siyasəti fonunda Qərb liderlərinin Çinə səfərinin növbəti səhifəsi kimi yadda qaldı. Xatırladaq ki, buna qədər 2025-ci ilin noyabr ayında İspaniya Kralı VI Filip və 2025-ci ilin dekabr ayında Fransa Prezidenti Emmanuel Makron Çinə səfər etmişdi. 2026-cı ildə isə ard-arda İrlandiyanın Baş naziri Mişel Martin, Kanadanın Baş naziri Mark Karni, Finlandiyanın Baş naziri Petteri Orpo və Böyük Britaniyanın Baş naziri Kir Starmer də Pekinə səfər ediblər.
Çinlə ticarət dövriyyəsi artır...
Çin Almaniyanın ən vacib ticarət tərəfdaşlarından biri kimi bu siyahıya başçılıq edir - ardından ikinci isə məhz ABŞ gəlir. Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, Çinlə ümumi dövriyyə 2025-ci ildə 2024-cü ilə nisbətən 2,1 faiz artıb, 250 milyard avrodan çox olub - eyni göstərici ABŞ ilə 5 faiz azalıb, 240 milyarda düşüb. Bununla belə Berlin ilə Pekin arasındakı iqtisadi münasibətlər təzyiq altındadır. Bu, artan ticarət kəsiri ilə bağlıdır: Çindən idxal kəskin şəkildə artır - 2025-ci ildə bu rəqəm 171 milyard avro olub, əksinə, Berlinin ixracı isə kəskin şəkildə azalır. Çinin elektrikli avtomobil bazarının genişlənməsi, kimya sənayesinin güclənməsi Almaniyanın bu sahələrində geriləmələr yaradıb.
Berlin daha çox investisiya cəlb etmək niyyətindədir...
Mertsin səfəri daha çox iqtisadi mahiyyət daşıyıb - təsadüfi deyildi ki, Kansleri Almaniyanın 30 aparıcı biznes şirkətinin nümayəndəsi müşayiət edib. Səfər zamanı Fridrix Merts Çin şirkətlərini Almaniyaya investisiyalarını artırmağa çağırış edib və eyni zamanda Pekinin bazar balanssızlığını azaltmasını istəyib. Çin rəhbəri Si Cinpinlə görüşdə Merts Almaniyanın ən böyük ticarət tərəfdaşı olan Çinlə iqtisadi əlaqələri dərinləşdirmək niyyətində olduğunu bildirib. “Bu gün müzakirə etməli olduğumuz çətinliklər var, lakin fəaliyyət göstərdiyimiz çərçivə son dərəcə əlverişlidir və son onilliklərdə çox yaxşı əməkdaşlıq etmişik”, - deyə o qeyd edib.
Çin də eyni mövqeni bölüşür - Çin rəhbəri Mertsin bu fikrinin qarşılığında bildirib ki, Çin və Almaniya strateji ünsiyyəti gücləndirməli və qarşılıqlı etimadı artırmalıdır.
Fridrix Merts eyni zamanda Çin rəsmiləri ilə hökumətlərarası məsləhətləşmələrin bərpasına çağırış edib. “Bilirəm ki, sələflərim müntəzəm olaraq Çinə səfər edirdilər”, - deyən Merts Si Cinpin ilə görüşdə bu ənənəni davam etdirmək istəyini dilə gətirib: “Berlin hökumətinin dəyişməsi və pandemiya səbəbindən zəifləyən Almaniya-Çin hökumətlərarası məsləhətləşmələrini də bərpa etməliyik”.
Görüş zamanı Merts ilə Si Cinpin həmçinin Ukraynadakı müharibəni də müzakirə ediblər. Si Cinpin Ukrayna münaqişəsinin həllində hər iki tərəfin bərabər iştirakına çağırış edib. “Əsas məsələ dialoq və danışıqlar yolu ilə həll vasitələri axtarmaqdır”, - deyə Çin lideri bildirib.
Əməkdaşlığın perspektivi...
Mertsin səfəri çərçivəsində ən çox maraq doğuran görüş isə Çin-Almaniya İqtisadi Məşvərət Şurasının iclası olub. İclasda iştirak edən Çin Xalq Respublikasının Baş naziri Li Qianq bildirib ki, artan qlobal iqtisadi qeyri-sabitlik və qeyri-müəyyənlik fonunda Çin və Almaniya iki böyük iqtisadiyyat olaraq təkcə öz inkişaf məkanlarını genişləndirmir, həm də davamlı və sıx əməkdaşlıq vasitəsilə qlobal iqtisadiyyata təkan verirlər. Baş nazir qeyd edib ki, Çin və Almaniya iqtisadiyyatları bərpa prosesində müsbət tendensiya göstərir. Onun sözlərinə görə, bu il başlayan 15-ci beşillik plan dövrü ikitərəfli ticarət və iqtisadi əməkdaşlıq üçün daha geniş imkanlar açacaq.
Qeyd edək ki, Çin-Almaniya əməkdaşlığının perspektiv gələcəyi daha çox 3 istiqamətdə planlaşdırılır:
- Ənənəvi əməkdaşlığın təməli möhkəmləndirilməlidir. Çin hökumət başçısının da bildirdiyi kimi, hər iki ölkənin müəssisələri maşınqayırma, avadanlıq istehsalı və kimya sənayesi kimi sektorlarda əməkdaşlığı daha da dərinləşdirə, biznesin lokallaşdırılmasını sürətləndirə, davamlılığı və səmərəliliyi davamlı olaraq artıra bilərlər;
- Gələcək inkişaf üçün yeni imkanlardan istifadə edilməli, hər iki ölkənin müəssisələrini və tədqiqat institutlarını innovativ resursların ikitərəfli dövriyyəsini təşviq etməkdə dəstəkləməli, birgə texnoloji tədqiqatları fəal şəkildə aparmağa və nəticələrin paylaşılması üçün birgə platformalar qurmağa, eləcə də üçüncü ölkə bazarlarını birgə araşdırmalıdırlar;
- İnvestisiya və biznes üçün əlverişli mühit yaradılmalıdır.
Li Qianq Almaniya hökumətinin ölkələrində fəaliyyət göstərən Çin müəssisələri üçün açıq, ədalətli və ayrı-seçkiliyə yol verilməyən biznes mühiti təmin edəcəyinə ümid etdiyini bildirib.
F.Merts isə Almaniya və Çinin mühüm ticarət tərəfdaşları olduğunu qeyd edərək, ikitərəfli ticarət və iqtisadi münasibətlərin canlı olduğunu və uzun illərdir yüksək inkişaf səviyyəsini qoruduğunu, hər iki ölkənin iqtisadi artımına təsirli şəkildə töhfə verdiyini qeyd edib. O, Almaniyanın Çindən öyrənməyə və təcrübə mübadiləsi aparmağa sadiq olduğunu, ortaq rifahı və Almaniya-Çin münasibətlərinin uzunmüddətli sabit inkişafını təşviq etmək üçün avtomobil sənayesi, kimya, maşınqayırma, bərpaolunan enerji və rəqəmsal iqtisadiyyat kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək istədiyini bildirib.
Siyasi gediş: niyə Pekindən sonra Vaşinqtona?
Qeyd edək ki, səfər çərçivəsində epizodik olsa da, qlobal siyasi proseslərə də toxunulub. Müzakirələrdə ABŞ-ın tarif siyasəti, Ukraynadakı müharibə və digər beynəlxalq münaqişələr aparıcı mövzu olub. Sirr deyil ki, avropanı Çinə istiqamətləndirən məhz taarif siyasətidir - prosesə Almaniyanın da qoşulması onu göstərir ki, Avropa qarşıdakı mərhələdə əsas ticarət tərəfdaşı kimi məhz Çinə “yatırım” edə bilər.
Bundan əlavə, Merts hələ Çinə yola düşməzdən əvvəl “Tayvan məsələsi” ilə bağlı mövqeyini ortaya qoyub - “Tayvana gəldikdə, Almaniya hökuməti “vahid Çin” siyasətinə sadiqdir,” - deyən Merts Almaniyanın mövqeyini bölüşüb.
Mertsin Çin səfərinin maraq doğuran məqamlarından biri isə bu səfərin davamıdır - daha doğrusu, Çinin ardından Mertsin Vaşinqtona edəcəyi səfərdir. Siyasi mütəxəssislər ABŞ-ın Almaniyaya qarşı xüsusi bir münasibət sərgiləyəcəyi haqda birmənalı fikir irəli sümürlər - hətta, Pekinə səfərin yalnız ABŞ-dan lazımi dəstəyi qazanmaq üçün gərəkdiyini düşünənlər də var. Çünki son tarif tənzimlənməsi Aİ ilə ABŞ arasındakı münasibətlərdə gərginlik yaratdığı kimi, Almaniya ilə münasibətlərə də təsir göstərə bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
27 Fevral 08:56
Sosial
27 Fevral 08:30
Dünya
26 Fevral 23:10
Dünya
26 Fevral 22:51
Dünya
26 Fevral 22:19
İqtisadiyyat
26 Fevral 21:47
Xəbər lenti
26 Fevral 21:28
Dünya
26 Fevral 21:23
İdman
26 Fevral 20:45
Xəbər lenti
26 Fevral 20:45
Dünya
26 Fevral 19:50
Dünya
26 Fevral 19:22
Dünya
26 Fevral 19:10
Gündəm
26 Fevral 18:38
YAP xəbərləri
26 Fevral 17:35
YAP xəbərləri
26 Fevral 16:43
YAP xəbərləri
26 Fevral 16:40
YAP xəbərləri
26 Fevral 16:16
YAP xəbərləri
26 Fevral 16:15
Dünya
26 Fevral 15:33
YAP xəbərləri
26 Fevral 15:32
YAP xəbərləri
26 Fevral 15:22
MEDİA
26 Fevral 15:19
İdman
26 Fevral 15:17
İqtisadiyyat
26 Fevral 15:13
YAP xəbərləri
26 Fevral 14:38
YAP xəbərləri
26 Fevral 14:34
Dünya
26 Fevral 14:31
YAP xəbərləri
26 Fevral 14:30
Siyasət
26 Fevral 14:16
Sosial
26 Fevral 14:15
Sosial
26 Fevral 13:53
Dünya
26 Fevral 13:53
YAP xəbərləri
26 Fevral 13:32
Dünya
26 Fevral 13:25
Dünya
26 Fevral 12:42
YAP xəbərləri
26 Fevral 12:33
Hadisə
26 Fevral 12:27
İqtisadiyyat
26 Fevral 12:26
İqtisadiyyat
26 Fevral 12:24
Dünya
26 Fevral 12:19
YAP xəbərləri
26 Fevral 12:12
Xəbər lenti
26 Fevral 11:50
Siyasət
26 Fevral 11:48
YAP xəbərləri
26 Fevral 11:23
Siyasət
26 Fevral 10:49
Elm
26 Fevral 10:35
İqtisadiyyat
26 Fevral 10:12
Analitik
26 Fevral 09:54
Analitik
26 Fevral 09:30
Analitik
26 Fevral 09:15
Analitik
26 Fevral 08:52
Sosial
26 Fevral 08:34
Gündəm
26 Fevral 08:10
Siyasət
26 Fevral 07:50
Siyasət
26 Fevral 07:48
Siyasət
26 Fevral 07:48
Dünya
25 Fevral 23:07
Gündəm
25 Fevral 23:04
Maraqlı
25 Fevral 22:50
Gündəm
25 Fevral 22:25
YAP xəbərləri
25 Fevral 22:19
Dünya
25 Fevral 22:03
Dünya
25 Fevral 21:56
YAP xəbərləri
25 Fevral 21:25
Dünya
25 Fevral 21:13
Dünya
25 Fevral 20:51
Gündəm
25 Fevral 20:46
Dünya
25 Fevral 20:30
YAP xəbərləri
25 Fevral 20:14

