Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yaponiyada piyada və velosiped qəzaları rekord həddə çatıb

Yaponiyada piyada və velosiped qəzaları rekord həddə çatıb

26.02.2026 [19:22]

2025-ci ildə Yaponiyada piyadalar və velosipedçilərin iştirakı ilə 3 min 269 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu göstərici əvvəlki illə müqayisədə artaraq 2006-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.

AZƏRTAC Yaponiyanın Jiji Press informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Milli Polis Agentliyi məlumat yayıb. Bildirilib ki, qəzaların təxminən 57 faizi səkilərdə və piyada keçidlərində baş verib. Ölüm hallarının sayı isə artaraq 356 olub.

Məlumata əsasən, ölüm və ya ağır xəsarətlə nəticələnən 87 hadisədə sərxoş velosipedçilər məsuliyyət daşıyıb. Mobil telefondan istifadə edərək velosiped sürənlərin törətdiyi hadisələrin sayı 22 olub. Elektrikli skuterlər də daxil olmaqla kiçik motorlu nəqliyyat vasitələri ilə bağlı qəzalar isə 386-ya yüksəlib.

Agentlik rəsmiləri velosipedçilər üçün “mavi bilet” cərimə sisteminin tətbiqini planlaşdırırlar. Bildirirlər ki, sərxoş vəziyyətdə və mobil telefondan istifadə edərək velosiped sürməyin təhlükələri barədə maarifləndirmə tədbirləri gücləndiriləcək.

Paylaş:
Baxılıb: 90 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

10-cu görüş

26 Fevral 10:49

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28