Qazaxda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla anılıb
25.02.2026 [11:08]
2026 - cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Qazax rayon təşkilatı və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 24 fevral 2026 - cı il tarixdə Xocalı soyqırımının 34- cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı müdrik Azərbaycan xalqının qan yaddaşıdır” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları tərəfindən Qazax şəhərinin mərkəzindəki Şəhidlər xiyabanı ziyarət edilib, abidə önünə tər güllər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, partiya fəalları Günel Bəxtiyarlı, Aytəkin Hüseynova, şəhid atası Qədir Əfəndiyev çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni faşistləri tərəfindən törədilən soyqırımın Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olduğunu və bunun bəşəriyyətə qarşı bir cinayət olduğunu bildiriblər. Natiqlər görünməmiş qəddarlıqla həyata keçirilən bu faciənin əsrlər boyu azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu, Xocalı faciəsinə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi - hüquqi qiymət verildiyini, məhz Dahi Rəhbərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis tərəfindən “Xocalı soyqırımı günü haqqında” qərarın qəbul edildiyini vurğulayıblar.
Çıxış edənlər onu da qeyd ediblər ki, həmin faciədən 34 il ötməsinə, bu gün ürəyimizin ağrımasına, qəlbimizin göynəməsinə baxmayaraq, ancaq qürurluyuq. Bu gün hər birimiz, hər bir azərbaycanlı qalib xalqın qalib övladı kimi, müasir, müstəqil , suveren Azərbaycanın qazandığı qələbələrə, uğurlara görə, regionda və dünyada söz sahibi olduğuna görə, sözünün imzası qədər əhəmiyyətli olmasına görə qürur hissi keçirir və fəxr edirik. Əlbəttə ki, bütün bunlara görə biz Ulu Öndər Heydər Əliyevə, Möhtərəm Prezident İlham Əliyevə və müqəddəs şəhidlərə borcluyuq.
Tədbirin sonunda partiya veteranları şair Cavanşir Rüstəm və Kazım Kazımlı Xocalı soyqırımına və şəhidlərə ithaf etdikləri şeirlərini səsləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
27 Fevral 08:56
Sosial
27 Fevral 08:30
Dünya
26 Fevral 23:10
Dünya
26 Fevral 22:51
Dünya
26 Fevral 22:19
İqtisadiyyat
26 Fevral 21:47
Xəbər lenti
26 Fevral 21:28
Dünya
26 Fevral 21:23
İdman
26 Fevral 20:45
Xəbər lenti
26 Fevral 20:45
Dünya
26 Fevral 19:50
Dünya
26 Fevral 19:22
Dünya
26 Fevral 19:10
Gündəm
26 Fevral 18:38
YAP xəbərləri
26 Fevral 17:35
YAP xəbərləri
26 Fevral 16:43
YAP xəbərləri
26 Fevral 16:40
YAP xəbərləri
26 Fevral 16:16
YAP xəbərləri
26 Fevral 16:15
Dünya
26 Fevral 15:33
YAP xəbərləri
26 Fevral 15:32
YAP xəbərləri
26 Fevral 15:22
MEDİA
26 Fevral 15:19
İdman
26 Fevral 15:17
İqtisadiyyat
26 Fevral 15:13
YAP xəbərləri
26 Fevral 14:38
YAP xəbərləri
26 Fevral 14:34
Dünya
26 Fevral 14:31
YAP xəbərləri
26 Fevral 14:30
Siyasət
26 Fevral 14:16
Sosial
26 Fevral 14:15
Sosial
26 Fevral 13:53
Dünya
26 Fevral 13:53
YAP xəbərləri
26 Fevral 13:32
Dünya
26 Fevral 13:25
Dünya
26 Fevral 12:42
YAP xəbərləri
26 Fevral 12:33
Hadisə
26 Fevral 12:27
İqtisadiyyat
26 Fevral 12:26
İqtisadiyyat
26 Fevral 12:24
Dünya
26 Fevral 12:19
YAP xəbərləri
26 Fevral 12:12
Xəbər lenti
26 Fevral 11:50
Siyasət
26 Fevral 11:48
YAP xəbərləri
26 Fevral 11:23
Siyasət
26 Fevral 10:49
Elm
26 Fevral 10:35
İqtisadiyyat
26 Fevral 10:12
Analitik
26 Fevral 09:54
Analitik
26 Fevral 09:30
Analitik
26 Fevral 09:15
Analitik
26 Fevral 08:52
Sosial
26 Fevral 08:34
Gündəm
26 Fevral 08:10
Siyasət
26 Fevral 07:50
Siyasət
26 Fevral 07:48
Siyasət
26 Fevral 07:48
Dünya
25 Fevral 23:07
Gündəm
25 Fevral 23:04
Maraqlı
25 Fevral 22:50
Gündəm
25 Fevral 22:25
YAP xəbərləri
25 Fevral 22:19
Dünya
25 Fevral 22:03
Dünya
25 Fevral 21:56
YAP xəbərləri
25 Fevral 21:25
Dünya
25 Fevral 21:13
Dünya
25 Fevral 20:51
Gündəm
25 Fevral 20:46
Dünya
25 Fevral 20:30
YAP xəbərləri
25 Fevral 20:14

