Tarixi ədalətin bərpası və əbədi yaddaş
25.02.2026 [13:59]
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri
Azərbaycan xalqının çoxəsrlik tarixində həm şanlı qələbələr, həm də böyük faciələr yaşanmışdır. Lakin 1992-ci ilin fevralında baş verən hadisələr öz qəddarlığına görə heç nə ilə müqayisə oluna bilməz. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”. Bu sözlər Xocalı dəhşətlərinin mahiyyətini ən dürüst şəkildə ifadə edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu faciənin xalqımızın yaddaşındakı yerini belə xarakterizə etmişdir: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. ‘Xocalıya ədalət!’ tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq qoymadıq ki, onların qanı yerdə qalsın”.
Bu gün biz hər birimiz şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, onların ruhu qarşısında sükut dəqiqəsi ilə baş əyirik. Xocalı faciəsi öz miqyasına və mahiyyətinə görə Holokost soyqırımına bənzəyən bir dəhşətdir. İnsanların sırf etnik mənsubiyyətinə görə qətlə yetirilməsi beynəlxalq hüquqda “Soyqırımı”nın hüquqi anlayışına tam uyğun gəlir. BMT-nin 1948-ci il Konvensiyasına əsasən, soyqırımı hər hansı bir milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilən əməldir. Xocalıda mülki əhaliyə qarşı vəhşicəsinə törədilmiş cinayətlər bu tərifin hər bir bəndini təsdiqləyir.
Aparılmış istintaq nəticəsində Xocalıda törədilmiş cinayətlərə münasibətdə cinayət təqibinin davam etdirilməsi üçün ciddi əsaslar müəyyən edilmişdir. Bunlara qrupu tam olaraq və ya qismən məhv etməyə yönəlmiş niyyətin mövcudluğu üzrə birmənalı və əsaslı sübutlar, məhv etmə halının Xocalıda baş verməsi və müəyyən edilmiş qrupa tam olaraq ağır nəticələr yaratması üçün “kifayət” etməsi, habelə cinayətin xüsusi coğrafi məkanda planlı şəkildə törədilməsi daxildir.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Yaşanmış faciə nəticəsində dinc əhali mühasirəyə alınmış, qaçıb xilas olmaq istəyənlər pusquya salınaraq xüsusi amansızlıqla qətlə yetirilmişdir. Erməni cinayətlərinin dəhşətli statistikası qan dondurur: 613 nəfər şəhid edilmiş, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 487 nəfər şikəst olmuş, 1275 nəfər əsir götürülmüşdür. İşğal nəticəsində Xocalı şəhəri tamamilə xarabalığa çevrilmiş, tarixi abidələr və infrastruktur məhv edilmişdir.
Bu faciəyə siyasi-hüquqi qiymət verilməsi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuşdur. 1994-cü ildə Milli Məclis tərəfindən “Soyqırımı Günü” haqqında qərar qəbul edilmiş və fevralın 26-sı Xocalı Soyqırımı Günü elan olunmuşdur. O vaxtdan bəri Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində sistemli işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” (Justice for Khojaly) kampaniyası bu yolda dönüş nöqtəsi olmuşdur. Justice for Khojaly informasiya portalı ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasına çevrilmişdir.
Xocalı vəhşilikləri haqqında xarici jurnalistlərin, o cümlədən Çingiz Mustafayevin çəkdiyi kadrlar və müxtəlif beynəlxalq media qurumlarının yazıları bu həqiqətləri dünyaya yaymışdır. İllər keçsə də, Azərbaycan dövləti bu məsələni daim diqqətdə saxlamışdır. Prezident İlham Əliyevin Xocalıya səfərləri, oradakı çıxışları xalqımızın qətiyyətini nümayiş etdirmişdir. 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Bu gün Xocalı azaddır! Dövlətimiz tərəfindən Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi yolunda mühüm addımdır. Hazırda Xocalı şəhəri və kəndlərinin məskunlaşması sürətlə davam edir. Keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdır, Xocalı yenidən canlanır. Bu qayıdış həm də tarixin erməni faşizmi üzərindəki qəti qələbəsinin təntənəsidir.
Xəbər lenti
Hamısına baxDünya
27 Fevral 08:56
Sosial
27 Fevral 08:30
Dünya
26 Fevral 23:10
Dünya
26 Fevral 22:51
Dünya
26 Fevral 22:19
İqtisadiyyat
26 Fevral 21:47
Xəbər lenti
26 Fevral 21:28
Dünya
26 Fevral 21:23
İdman
26 Fevral 20:45
Xəbər lenti
26 Fevral 20:45
Dünya
26 Fevral 19:50
Dünya
26 Fevral 19:22
Dünya
26 Fevral 19:10
Gündəm
26 Fevral 18:38
YAP xəbərləri
26 Fevral 17:35
YAP xəbərləri
26 Fevral 16:43
YAP xəbərləri
26 Fevral 16:40
YAP xəbərləri
26 Fevral 16:16
YAP xəbərləri
26 Fevral 16:15
Dünya
26 Fevral 15:33
YAP xəbərləri
26 Fevral 15:32
YAP xəbərləri
26 Fevral 15:22
MEDİA
26 Fevral 15:19
İdman
26 Fevral 15:17
İqtisadiyyat
26 Fevral 15:13
YAP xəbərləri
26 Fevral 14:38
YAP xəbərləri
26 Fevral 14:34
Dünya
26 Fevral 14:31
YAP xəbərləri
26 Fevral 14:30
Siyasət
26 Fevral 14:16
Sosial
26 Fevral 14:15
Sosial
26 Fevral 13:53
Dünya
26 Fevral 13:53
YAP xəbərləri
26 Fevral 13:32
Dünya
26 Fevral 13:25
Dünya
26 Fevral 12:42
YAP xəbərləri
26 Fevral 12:33
Hadisə
26 Fevral 12:27
İqtisadiyyat
26 Fevral 12:26
İqtisadiyyat
26 Fevral 12:24
Dünya
26 Fevral 12:19
YAP xəbərləri
26 Fevral 12:12
Xəbər lenti
26 Fevral 11:50
Siyasət
26 Fevral 11:48
YAP xəbərləri
26 Fevral 11:23
Siyasət
26 Fevral 10:49
Elm
26 Fevral 10:35
İqtisadiyyat
26 Fevral 10:12
Analitik
26 Fevral 09:54
Analitik
26 Fevral 09:30
Analitik
26 Fevral 09:15
Analitik
26 Fevral 08:52
Sosial
26 Fevral 08:34
Gündəm
26 Fevral 08:10
Siyasət
26 Fevral 07:50
Siyasət
26 Fevral 07:48
Siyasət
26 Fevral 07:48
Dünya
25 Fevral 23:07
Gündəm
25 Fevral 23:04
Maraqlı
25 Fevral 22:50
Gündəm
25 Fevral 22:25
YAP xəbərləri
25 Fevral 22:19
Dünya
25 Fevral 22:03
Dünya
25 Fevral 21:56
YAP xəbərləri
25 Fevral 21:25
Dünya
25 Fevral 21:13
Dünya
25 Fevral 20:51
Gündəm
25 Fevral 20:46
Dünya
25 Fevral 20:30
YAP xəbərləri
25 Fevral 20:14

