Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniya daha bir qrup hərbçini İraqdan çıxarıb

Almaniya daha bir qrup hərbçini İraqdan çıxarıb

19.02.2026 [17:40]

Almaniya Silahlı Qüvvələri (Bundesver) Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında hərbi eskalasiya təhlükəsi ilə əlaqədar İraqdakı hərbi kontingentinin daha bir hissəsini bu ölkədən çıxarır.

AZƏRTAC xəbər verir ki, “Spiegel” nəşrinin yaydığı məlumatda hərbçilərin İraqdan İordaniyaya aparıldığı bildirilib.

Bundesver İraqda NATO missiyası çərçivəsində yerli ordunun qurulmasını dəstəkləyir. Paytaxt Bağdadda bir neçə məsləhətçi istisna olmaqla Bundesverin şəxsi heyətinin böyük hissəsi şimal bölgəsində - Ərbildə yerləşdirilib. Ərbildəki hərbi kontingentin sayı fevralın əvvəlində azaldılıb. ABŞ-nin İrana zərbə endirməsi ehtimalının artması fonunda indi daha çox əsgərin geri çəkilməsi qərara alınıb.

Məlumatda, həmçinin qeyd olunub ki, Bundesver Yaxın Şərqdəki vəziyyəti çox diqqətlə izləyir. Almaniyanın Hərbi Hava Qüvvələri İordaniyanın şərqində kiçik bir bazada yerləşdirilib. Yanacaqdoldurma təyyarələri regionda terror qruplarına qarşı beynəlxalq koalisiyanı oradan dəstəkləyir. Bundesverin ABŞ-nin Qətərdəki Al-Udeyd hərbi bazasında antiterror koalisiyasının qərargahında xidmət edən bir neçə əsgəri də var.

Son məlumatlara əsasən, alman ordusunun İraq və İordaniyadakı missiyası çərçivəsində ümumilikdə 300 hərbçisi xidmət edib. Onların əsas hissəsi İordaniyada yerləşdirilib. 

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28