Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Böyük Britaniyada qadın ilk dəfə dövlət qulluğuna rəhbər təyin edilib

Böyük Britaniyada qadın ilk dəfə dövlət qulluğuna rəhbər təyin edilib

19.02.2026 [21:13]

Böyük Britaniyanın Baş naziri Kir Starmer dövlət qulluğuna ilk dəfə qadın rəhbər təyin edib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Antonia Romeo Nazirlər Kabinetinin katibi vəzifəsinə təyin olunub. Bununla da o, ölkənin ən yüksək dövlət qulluğu postunu tutan ilk qadın olub. Antonia Romeo hökumətin islahat gündəliyini irəli aparmaqla və dövlət aparatında dəyişiklikləri sürətləndirməklə vəzifələndirilib.

Romeo bu postda Kris Uormaldu əvəz edəcək. O, ötən həftə hökuməti tərk edib. Uormaldun gedişi Piter Mandelsonun Böyük Britaniyanın Amerika Birləşmiş Ştatlarında səfiri təyin olunması ilə bağlı yaranmış mübahisələr fonunda baş verib. Antonia Romeo indiyədək bir sıra dövlət qurumlarında, o cümlədən Daxili İşlər Nazirliyində çalışıb.

Paylaş:
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28