Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Peter Siyyarto: Avropa İttifaqı Ukrayna üzrə danışıqlar masasından kənarda qalıb

Peter Siyyarto: Avropa İttifaqı Ukrayna üzrə danışıqlar masasından kənarda qalıb

18.02.2026 [21:35]

Avropa İttifaqı nə siyasi, nə də iqtisadi baxımdan əvvəlki mövqeyini qoruyub saxlaya bilməyib və Ukrayna üzrə danışıqlar masasında təmsil olunmur.

AZƏRTAC xəbər verir ki, Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto bunu “CNN Türk” telekanalına müsahibəsində deyib. “Avropada müharibə getdiyi halda, Brüssel danışıqlar masasında yoxdur. Hazırda masa arxasında amerikalılar, ukraynalılar, ruslar və ərəblər əyləşib. Bu da Avropa İttifaqının təcrid olunduğunu göstərir”, – deyə nazir bildirib.

Qeyd edək ki, Ukrayna, ABŞ və Rusiya arasında yeni danışıqlar raundu fevralın 17–18-də Cenevrədə keçirilir. Danışıqların ilk günü gərgin şəraitdə baş tutub və tərəflər çərşənbə günü təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ və Rusiya ilə keçirilən üçtərəfli danışıqların ilk günündən sonra Birləşmiş Ştatların və Avropa ölkələrinin, o cümlədən Böyük Britaniya və Fransanın nümayəndələri ilə ayrıca görüş keçirdiyini və onları danışıqların nəticələri barədə məlumatlandırdığını vurğulayıb.

Paylaş:
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28