Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bu gündən kolleclərə sənəd qəbuluna start verilir

Bu gündən kolleclərə sənəd qəbuluna start verilir

18.02.2026 [11:09]

Bu gündən orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayır.

AZƏRTAC xəbər verir ki, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun birinci mərhələsi) fevralın 18-dən martın 5-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları üç zona üzrə aprelin 5-də, 12-də və 26-da, tam (11 illik) orta təhsil səviyyəsi üzrə isə iki zona olmaqla martın 9-da və 15-də keçiriləcək.

Zonalara aid olan şəhər və rayonlar haqqında məlumatla buradan tanış ola bilərsiniz.

Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayon üzrə müəyyən edilmiş tarixdə imtahan verəcəklər. Sumqayıt və Abşeron ərazisində yerləşən peşə liseylərinin məzunları isə martın 9-da imtahana qatılacaqlar.

Aprelin 19-da əvvəlki illərin məzunları üçün 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.

Mayın 17-də isə əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.

Paylaş:
Baxılıb: 130 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28