Ukraynanın enerji infrastrukturuna hücumlar əhali üçün ağır nəticələrə səbəb olub
14.02.2026 [13:15]
Yanvar ayında Ukraynanın enerji infrastrukturuna qarşı sistemli hücumlar mülki əhali üçün ağır nəticələrə gətirib çıxarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin bu ölkədəki İnsan Hüquqları üzrə Monitorinq Missiyasının (MMİHMM) cümə günü dərc olunmuş aylıq hesabatında bildirilir.
Missiyanın məlumatına görə, yanvar ayında Ukrayna ərazisində azı 161 mülki şəxs həlak olub, daha 757 nəfər yaralanıb. Bu göstəricilər təxminən ötən ilin eyni dövrünə uyğundur. Raketlər və pilotsuz uçuş aparatları da daxil olmaqla uzaqmənzilli silahlarla endirilən zərbələr bütün itkilərin 39 faizini təşkil edib. Zərərçəkənlərin əksəriyyəti cəbhə xəttinə yaxın ərazilərdə yaşayıb. Burada mülki şəxslərin həlak olmasının əsas səbəbi kimi qısamənzilli pilotsuz uçuş aparatları göstərilir.
Hesabatda qeyd olunur ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin fevral ayında da davam edən hücumları mənfi temperatur şəraitində bütün Ukrayna üzrə elektrik enerjisi, istilik və su təchizatında genişmiqyaslı fasilələrə səbəb olub.
“Bu hücumların miqyası və davamlılığı mülki şəxslərin həyatına və rifahına açıq etinasızlığı nümayiş etdirir. Qışın ortasında elektrik enerjisinin, istiliyin və suyun davamlı kəsilməsi elementar sağ qalmağı gündəlik mübarizəyə çevirir”, - deyə MMİHMM-in rəhbəri Daniel Bell bildirib.
Missiyanın məlumatına əsasən, yanvar ayında Rusiya silahlı qüvvələri demək olar ki, hər gün enerji obyektlərinə zərbələr endirib. Bu hücumlara eyni vaxtda bir neçə regionun hədəfə alındığı azı beş kütləvi zərbə də daxildir. Ukraynanın azı 17 vilayətində, eləcə də Kiyevdə zədələnmə və ya dağıntılar qeydə alınıb.
Ölkə üzrə elektrik enerjisi təchizatında uzunmüddətli fasilələr istilik və su təminatında problemlərə səbəb olub, xüsusilə çoxmərtəbəli yaşayış binalarında vəziyyət daha ağır olub. Milyonlarla insan ay ərzində günün yalnız bir neçə saatında elektrik enerjisi ilə təmin olunub. Mərkəzləşdirilmiş istilik təchizatı obyektlərinə təkrar zərbələr ən ciddi nəticələrə səbəb olub. Kiyevdə raket və pilotsuz uçuş aparatları bir neçə dəfə iki istilik elektrik mərkəzini hədəfə alıb və bu, hər dəfə təxminən altı min çoxmərtəbəli binada istilik təchizatının dayandırılması ilə nəticələnib. Nəticədə hakimiyyət orqanları qışın sonunadək 1100-dən çox binada istilik təchizatının bərpasının mümkün olmayacağını bəyan edib.
Missiyada vurğulanıb ki, elektrik enerjisi, istilik və su təchizatının uzun müddət kəsilməsi yaşayış şəraiti, tibbi yardım və təhsil hüququ da daxil olmaqla insan hüquqlarına mənfi təsir göstərib. Mənzillərdə temperatur kəskin aşağı düşüb və bəzi sakinlər başqa yerlərə köçmək məcburiyyətində qalıblar. Xəstəxana və klinikalar prosedurları təxirə salıb, bir çox məktəb fəaliyyətini dayandırıb.
Məhdud hərəkət qabiliyyətli şəxslər işləməyən liftlər səbəbindən evlərində qapalı vəziyyətdə qalıblar. Onların bir hissəsi xüsusi müəssisələrə köçürülüb. Azyaşlı uşaqları olan ailələr də daxili temperaturun aşağı düşməsi və yemək hazırlamağın mümkün olmaması səbəbindən ciddi çətinliklərlə üzləşiblər.
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34

