ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir
11.02.2026 [22:34]
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya mediasının diqqətindədir.
AZƏRTAC-ın məlumatına görə, səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatı zamanı səsləndirilən fikirlər dünya mediasında geniş yer alıb. ABŞ-ın “Associated Press”, “News Nation”, “Fox New”, ABC, CNN, “The Washington Post”, PBS, “Forbes Breaking News”, “C-Span” kimi media orqanları səfəri geniş şəkildə işıqlandırıb və ya mətbuata birgə bəyanatı canlı yayımlayıblar.
“The Washington Post” yazır ki, səfər zamanı Vens sovet dövründən qalma dəmir yolunun tərk edilmiş hissəsini Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutuna (TRIPP) çevirəcək yeni tranzit dəhlizi planlarını açıqlayıb. Qeyd olunur ki, bu marşrut Ermənistan vasitəsilə Azərbaycanı Naxçıvan anklavı və Türkiyə ilə birləşdirəcək.
“Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Prezident Trampa Qafqazda sülhə verdiyi töhfəyə görə çox minnətdarıq”, - deyə PBS Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata birgə bəyanatdakı çıxışına istinadla qeyd edir.
“Nyu York Post” yazır ki, mətbuata bəyanat zamanı Vitse-prezident Cey. Di. Vens Əfqanıstandakı ABŞ qüvvələri ilə birlikdə Azərbaycanın rolunu vurğulayıb, ABŞ-ın dəniz təhlükəsizliyinə yeni dəstəyini elan edib və Prezident Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış mühüm razılaşmadan sonra tərəfdaşlığın regional sülhün və iqtisadi əməkdaşlığın gücləndirilməsinə kömək edəcəyini bildirib.

“Herald USA” bildirir ki, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası müdafiə, təhlükəsizlik, ticarət, investisiya kimi sahələrdə əməkdaşlıq çərçivəsi formalaşdırır.
Bununla yanaşı, “Reuters”də dərc olunmuş “ABŞ və Azərbaycan Vensin səfəri çərçivəsində strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar” sərlövhəli yazıda qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev mətbuata birgə bəyanat zamanı ABŞ və Azərbaycan arasında münasibətlərin bu gün tamamilə yeni mərhələyə qədəm qoyduğunu deyib. Yazıya əsasən, Vens bildirib ki, ABŞ Azərbaycana ərazi sularını qorumaq üçün gəmilər göndərəcək. Vurğulanır ki, Xartiya ilk dəfə avqust ayında Vaşinqtonda Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında danışıqlarda təqdim olunub.
Fransanın AFP agentliyi yazır ki, ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından öncə Vens Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Qeyd olunur ki, görüşdə Vens müqavilənin bu tərəfdaşlığı rəsmiləşdirəcəyini və ABŞ-Azərbaycan münasibətlərinin qalıcı olacağını çox aydın şəkildə göstərəcəyini bildirib.
“Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik”, - deyə yazıda Prezident İlham Əliyevin çıxışına istinad edilərək qeyd olunub.

Səfər Türkiyənin “Anadolu Agentliyi”, “Hürriyet”, “CNN Turk”, “TRT Avaz”, “Son dakika”, “Dünya”, “Haber Türk” media orqanlarında və bir sıra saytlarında geniş işıqlandırılıb. “Hürriyet”də dərc olunmuş “İmzalar atıldı. Azərbaycanla ABŞ arasında vacib anlaşma” başlıqlı yazıda bildirilir: “Birgə bəyanat zamanı Prezident İlham Əliyev deyib ki, dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”.
Rusiyanın TASS, “Komsomolskaya Pravda”, RBK, “Interfax”, “Russian Today”, “lenta.ru” və digər informasiya agentlikləri ABŞ ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında saziş imzalamasına geniş yer veriblər.
“Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər”,- deyə “RIA Novosti” yeni imzalanmış sənədə istinadən yazır.

Almaniyanın “Deutsche Welle” saytında dərc olunmuş “Vens Azərbaycan və Ermənistanla aktiv şəkildə sövdələşmələr bağlayır” adlı yazıya əsasən, Vens Azərbaycanda bildirib ki, müqavilə iki ölkə arasında tərəfdaşlığı rəsmiləşdirəcək və ABŞ-Azərbaycan münasibətlərinin qalıcı olacağını çox aydın şəkildə göstərəcək. Qeyd olunur ki, Vensin səfəri ABŞ-ın Cənubi Qafqazda təsirini genişləndirməyə çalışdığı bir zamanda gerçəkləşir.
Həmçinin İtaliya, Yaponiya, Rumıniya, Monteneqro, İran, Qazaxıstan, Ukrayna, Gürcüstan, Çin, Polşa, Bolqarıstan, Avstriya, Latın Amerikası ölkələri, ərəb ölkələri mediası Vensin Cənubi Qafqaz səfəri, imzalanmış sənədlər və bu əlaqələrin regional əməkdaşlıq üçün açdığı imkanlar barədə yazıb.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

