Ölkəmizin qlobal rolunu daha da gücləndirəcək sənəd
11.02.2026 [16:46]
Məlum olduğu kimi, ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri Azərbaycan-Amerika münasibətləri baxımından tarixi hadisədir. Cənab Vens Birləşmiş Ştatlardan ölkəmizə gəlmiş ən yüksək vəzifəli dövlət rəsmilərindəndir. Yeri gəlmişkən, fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vensin mətbuata verdiyi bəyanatlar Azərbaycan - ABŞ münasibətlərinin yeni, daha institusional mərhələyə keçdiyini nümayiş etdirdi. Xüsusilə Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlar göstərir ki, tərəflər ikitərəfli gündəliyi yalnız siyasi dialoq çərçivəsində deyil, konkret nəticələrə hesablanmış praktiki əməkdaşlıq müstəvisində inkişaf etdirmək niyyətindədirlər.
Qeyd edək ki, iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması qısa müddətli təşəbbüs deyil, aylarla aparılan intensiv və məqsədyönlü işin məntiqi yekunu kimi qiymətləndirilə bilər. Bu sənəd Azərbaycan - ABŞ münasibətlərinin gələcək trayektoriyasını müəyyənləşdirən yol xəritəsi rolunu oynayır və tərəflərin bir-birinə olan etimadının institusional ifadəsidir. Xüsusilə yeni administrasiyanın ölkəmizə müsbət yanaşması rəsmi Bakının balanslı və praqmatik xarici siyasət kursunun düzgünlüyünü bir daha təsdiqləyir. Prezident İlham Əliyevin bəyanatında regional əməkdaşlıq və iqtisadi əlaqələrin normallaşdırılması ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin Cənubi Qafqazda konstruktiv rolunu ön plana çıxarır. Ermənistanla bağlı tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji təchizatının başlanması göstərir ki, Bakı postmünaqişə dövründə qarşıdurma deyil, iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq modelini təşviq edir. Bu yanaşma regionda davamlı sülhün formalaşması üçün real zəmin yaradır və beynəlxalq tərəfdaşlar tərəfindən də müsbət qarşılanır.
Onu da qeyd edək ki, imzalanmış Strateji Xartiyada təhlükəsizlik və antiterror sahəsində əməkdaşlığın xüsusi yer tutması ölkəmizin beynəlxalq təhlükəsizlik arxitekturasında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın qlobal təhlükəsizlik çağırışlarına məsuliyyətli yanaşması, enerji təhlükəsizliyi ilə yanaşı, beynəlxalq sülh və sabitliyə verdiyi töhfələrlə uzlaşır. Məlumdur ki, ABŞ-la bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi regional və qlobal miqyasda qarşılıqlı maraqlara xidmət edir. Vitse-prezident Cey. Di. Vensin Bakıya səfəri və aparılan danışıqların məzmunu Azərbaycan - ABŞ münasibətlərində simvolik deyil, məhz tarixi xarakter daşıyır. Bu səfər tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu, siyasi dialoqun konkret sənədlər və real addımlarla möhkəmləndiyini nümayiş etdirir.
Ən əsası, dövlətimizin başçısı cənab İlham Əliyevin bəyanatı isə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan çəkisinin və etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir.
Arif Cəfərov,
YAP Göygöl rayon təşkilatı üzrə Zurnabad kənd ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34

